Yuxarı

Netanyahunun oğluna sui-qəsd cəhdi: Detallar…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Netanyahunun oğluna sui-qəsd cəhdi: Detallar…

İsrail Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu polis komissarı Dani Levi, “Şabak” xüsusi xidmət orqanının rəhbəri və baş prokurora müraciət edərək “Haaretz” qəzetinin jurnalisti Uri Misqav barəsində casusluq, izləmə və məxfi məlumatların açıqlanması ittihamları ilə cinayət araşdırmasının başlanmasını tələb edib.

Axar.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

“Netanyahunun oğlu iddia edir ki, Misqav onun ABŞ-ın Florida ştatındakı Hollandayl-Biç şəhərində yaşadığı evin dəqiq ünvanını, hətta yaşayış kompleksinin adını, mərtəbə və mənzil nömrəsini, eləcə də onun və anası Sara Netanyahunun uçuş cədvəllərini sistematik şəkildə dərc edib.

Onun sözlərinə görə, bu məlumatlar İran xüsusi xidmət orqanları üçün açıq kəşfiyyat məlumatı rolunu oynayıb.

İddialara görə, iranlılar məhz bu məlumatlar əsasında onun harada yaşadığını öyrənib və onu öldürməyə cəhd göstəriblər. Onlar evinin qapısına qədər yaxınlaşıblar. Nəticədə “Şabak” və ABŞ xüsusi xidmət orqanları onu təcili şəkildə yenidən İsrailə təxliyə etməli olublar.

Misqav isə öz növbəsində bildirib ki, Yair Netanyahunun Mayamidə qalması və onun mühafizəsinə çəkilən xərclərlə bağlı bütün məlumatlar yalnız vergi ödəyicilərinin büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı jurnalist araşdırmaları çərçivəsində dərc edilib.

O, həmçinin “təcili qaçış” hekayəsini saxta məlumat adlandıraraq vurğulayıb ki, Yair Netanyahu yanvar və fevral aylarında Mayamidə açıq şəkildə istirahət etməyə və ictimaiyyət qarşısında görünməyə davam edib”, - məlumatda bildirilib.

Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu İranın oğullarından birinə qarşı sui-qəsdə cəhd göstərdiyini açıqlamışdı.

Tarix
2026.08.27 / 11:56
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla