Yuxarı

Bu kəndə köçənlərə ev və iş verilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu kəndə köçənlərə ev və iş verilir

İspaniyanın Kuenka (Cuenca) əyalətində yerləşən, təxminən 200 nəfərlik əhalisi olan Santa Kruz de Moya kəndi azalan əhalisini artırmaq üçün hərəkətə keçib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, kəndin bələdiyyə sədri Virgilio Anton əhalini artırmaq üçün qeyri-adi bir çağırış edib.

Anton paylaşdığı videoda kənddə həm boş mənzillərin, həm də işləmək istəyənlər üçün vakant iş imkanlarının olduğunu qeyd edib.

Bələdiyyə sədri kənd yerlərinin iş və əsas xidmətlərdən məhrum olması ilə bağlı formalaşan yanlış təsəvvürlərin əksinə olaraq, Santa Kruz de Moyada məktəb, səhiyyə xidmətləri və sosial imkanların mövcudluğunu xüsusi vurğulayıb.

Turia Kanyonunun mənzərəsinə sahib olan bu kənd sakit və təbiətlə iç-içə həyat axtaranlar üçün böyük bir alternatividir. Böyük şəhərlərdən fərqli olaraq mənzil sıxıntısının yaşanmadığı Santa Kruz de Moyada təmir olunaraq kirayəyə verilməyi gözləyən çoxlu sayda boş ev var. Bələdiyyə sədri Anton bu vəziyyətin xüsusilə məsafədən (onlayn) çalışanlar, sərbəst peşə sahibləri (freelancer) və daha sakit həyat arzulayan ailələr üçün mühüm fürsət olduğunu bildirib.

Kənd iqtisadiyyatının əsasını kənd təsərrüfatı, heyvandarlıq, badam və zeytun yağı istehsalı, həmçinin meşəçilik təşkil etsə də, bəzi sahələrdə ciddi işçi qüvvəsinə ehtiyac duyulur. Xüsusilə tikinti ustaları, elektrikilər, santexniklər, yaşlılara qulluq heyəti və ixtisaslı mütəxəssislərə böyük tələbat var.

Tarix
2026.09.02 / 23:53
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla