Yuxarı

Qazaxıstanda neft emalı zavodu yandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxıstanda neft emalı zavodu yandı

Qazaxıstanın Qızılorda şəhərində neft emalı zavodunda yanğın baş verib.

Axar.az xəbər verir ki, bu barədə Qızılorda vilayətinin Fövqəladə Hallar Departamenti məlumat yayıb.

Məlumata görə, yanğın hər birinin tutumu 60 ton olan iki rezervuarı əhatə edib. Yanğınsöndürənlər hadisə yerinə çatarkən alovun yaxınlıqdakı daha üç rezervuara keçməsi təhlükəsi yaranıb.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun yayılmasının qarşısı alınıb və üç rezervuar yanğından mühafizə olunub. Yanğının söndürülməsinə yanğınsöndürmə qatarı da cəlb edilib.

Yanğın 200 kvadratmetr ərazini əhatə edib və tam söndürülüb. Hadisənin başvermə səbəbi araşdırılır.

Tarix
2026.09.08 / 09:15
Müəllif
Axar.az
Digər xəbərlər

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla