Yuxarı

Donetskdə növbəti qurbanların adı gündəmdə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Donetskdə növbəti qurbanların adı gündəmdə

Donetsk terrorçusu "Motorola" ləqəbli Arsen Pavlovun ölümündən sonra da təmizləmə əməliyyatı davam edir.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın "Obozrevatel.com" saytı məlumat yayıb.

Qeyd edilir ki, sui-qəsdin növbəti qurbanları İqor Plotniçki, Aleksandr Zaxarçenko və Aleksandr Xodakovski ola bilər.

"Zaxarçenko Kiyevi qorxunc təhlükələrlə təhdid edir ki, bu da növbəti qurbanın Donetsk lideri olacağı qənaətinə gətirib çıxarır. Ancaq o özü bundan şübhələnmir", - rusiyalı publisist, analitik Vladimir Qolışev söyləyib.

"Vostok" batalyonunun eks-komandiri Aleksandr Xodakovski də hədəfdə olanlardan biridir. Xodakovski Pavlovla yaxın münasibətlərinin olması ilə də tanınır və o da Ukraynanın ünvanına ittihamlar səsləndirənlər sırasındadır.

Xodakovski Kremldə Zaxarçenkonun bir növ əksi kimi görülür və Donetsk separatçılarının rəhbəri vəzifəsinə potensial namizədlərdən biridir. O, Moskvada qeyri-rəsmi görüşlərdə də gözə dəyir. Buna görə də yaxın müddətdə onun da aradan qaldırılmasının şahidi ola bilərik", - müəllif bildirir.

Qeyd edək ki, bazar günü baş verən bu qətldən sonra Pavlovun ölümünün məsuliyyətini üzərinə götürən adı açıqlanmayan qrup video yayaraq, növbəti hədəfin Zaxarçenko olduğunu açıqlamışdı.

Tarix
2016.10.19 / 00:16
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla