Yuxarı

Putin hədələdi, lakin Qərb artıq buna fikir vermir - FT

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin hədələdi, lakin Qərb artıq buna fikir vermir - FT

Rusiyanın nüvə təhdidləri Qərbin qərarlarına getdikcə daha az təsir göstərir və Kremlin nüvə arsenalından çəkindirmə vasitəsi kimi istifadə etmək imkanları tədricən zəifləyir. Lakin bu, göründüyü qədər yaxşı xəbər deyil.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” nəşri yazıb.

“Rusiya dünyanın ən böyük nüvə arsenalına malikdir və bunu rəqiblərinə mütəmadi olaraq xatırladır. Xüsusilə, Moskva bir neçə gün əvvəl NATO-ya bildirib ki, ərazisini qorumaq üçün nüvə silahları da daxil olmaqla, əlində olan bütün qüvvə və vasitələrdən istifadə etməyə hazırdır. Kreml bu təhdidləri Polşa ilə Litva arasında yerləşən Rusiya eksklavı Kalininqrad üçün guya mövcud olan təhlükə ilə əlaqələndirib.

Oktyabrın 1-də Vladimir Putin şəxsən bəyan edib ki, Kalininqrada hücum ediləcəyi təqdirdə Rusiya sərəncamında olan bütün silahlardan istifadə edəcək. Eyni zamanda, Rusiya prezidenti Böyük Britaniya və Fransanın nüvə silahına malik olduğunu desə də, lakin silahların sayına görə Rusiyanın heç bir rəqibinin olmadığını da bildirib.

Cəmi bir neçə il əvvəl belə bəyanatlar mütləq genişmiqyaslı beynəlxalq reaksiyaya səbəb olardı. Lakin indi Qərb ölkələri Kremlin nüvə ritorikasını daha sakit qarşılayırlar. Bunun səbəbi Moskvanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğala başladıqdan sonra Qərbi qorxutmaq vasitəsi kimi nüvə təhdidlərindən həddindən artıq tez-tez istifadə etməsidir.

Əvvəlcə bu taktika həqiqətən də işə yarayırdı. ABŞ və müttəfiqləri eskalasiyanın nüvə qarşıdurmasına qədər yüksəlməsindən ehtiyat edərək Ukraynaya müasir silahların tədarükünə ehtiyatla yanaşırdılar. Lakin sonradan məlum oldu ki, nüvə silahından istifadə ilə bağlı beynəlxalq tabu hələ də son dərəcə güclüdür. Çin və Hindistan, xüsusilə, Rusiyanı nüvə zərbəsi endirməkdən çəkindirib. ABŞ-ın isə Moskvanın Ukraynaya qarşı nüvə silahından istifadə edəcəyi təqdirdə müharibəyə birbaşa müdaxilə etməklə hədələdiyi hesab olunur”, - nəşr qeyd edib.

Tarix
2026.10.06 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla