Yuxarı

NATO-nun yeni Baş katibi barədə şok faktlar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
NATO-nun yeni Baş katibi barədə şok faktlar

NATO-nun yeni Baş katibi Yens Stoltenberq gəncliyində NATO əleyhdarı olub.

"Axar.az" xəbər verir ki, sabiq Norveç Baş naziri ölkəsinin təşkilatdan ayrılmasını müdafiə edirdi.

Bir zamanların ABŞ əleyhdarı, solçu gənclərdən biri olan Norveçin sabiq Baş naziri Yens Stoltenberq Şimali Atlantika Razılaşması Təşkilatının (NATO) yeni Baş katibi seçilib. Gəncliyində ölkəsinin ittifaqdan ayrılmasını müdafiə edib, ancaq daha sonra NATO-nun hərbi əməliyyatlarına dəstək verən Stoltenbeq ittifaqın Baş Katibliyi üçün 28 ölkənin təsdiqini alıb.

2000-2001 və 2005-2013-cü illər arasında nazir olan Stoltenberq NATO-nun hazırki Baş katibi Anders Rasmussendən 1 oktyabr 2014-cü ildə sükanı təhvil alacaq.

2013-ci ildə parlament seçkiləri ərəfəsində paytaxt Osloda taksi sürücülüyü edərək vətəndaşlara xalqdan biri olduğu mesajını verməyə çalışan Stoltenberq cəmiyyətin istədiyi səviyyədə olmadığın bəyan etmişdi. Taksidə müştərilərlə gizli dialoqunun yayımlanmasından sonra təqaüdə çıxmışdı. Stoltenberqin NATO-nun Baş katibi təyin edilməsinin səbəbi kimi onun keçmişdə Rusiya ilə olan əlaqələri göstərilir.

Eyni zamanda iqtisadçı olan təcrübəli siyasətçiyə sələfi Rasmussen də Tvitter üzərindən dəstək verib.

Əldə edilən məlumatlara görə isə NATO-nun yeni Baş katibinin seçkilərdən öncə təyin olunması ABŞ-ın seçimi olaraq xarakterizə edilib. Qaynaqlar ABŞ-ın bu mövqeyə təcrübəli və güclü bir lideri seçmək istədiyi üçün qərar verdiyini bildirir. Ənənəvi olaraq, NATO-nun Baş katibi avropalı, hərbi sahə üzrə rəhbəri isə amerikalı təyin edilir.

Tarix
2014.03.30 / 11:50
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Ermənistana 26 vaqon buğda göndəriləcək

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla