Moskvanın meri postuna namizəd olan məşhur bloqqer Aleksey
Navalnının seçki qərərgahının rəhbəri Leonid Volkovun adı
siyasilərin seks-qalmaqalları siyahısına düşüb. "Life News"
jurnalistləri Leonid Volkovu Moskvanın məşhur elit striptiz
klublarından sayılan "Point Rouge"də istirahət edərkən
çəkiblər.
Videoda aydın görsənir ki, striptiz göstərən xanım Volkovun
istəklərini yerinə yetirir, rusiyalı siyasətçi isə göstərilən
xidmətdən razı qalaraq onu mükafatlandırır. Şübhəsiz ki, bu hadisə
Navalnının imicinə xətərsiz ötüşməyəcək.
Ümumiyyətlə, siyasətçilərin başına analoji hadisələr çox gəlib.
Onlardan ən səs-küylüsü 2011-ci ildə Beynalxalq Valyuta Fondunun
rəhbəri Dominik Stross-Kanın istefası və həbsiylə nəticələnən otel
qalmaqalı olub. Stross-Kanın Nyu-Yorkda qaldığı otelin xidmətçisi
iddia etmişdi ki, BVF-nin rəhbəri ona təcavüz edib. Stross-Kann isə
onunka qarşılıqlı razılaşma əsasında əlaqədə olduğunu bildirmişdi.
Müəyyən vaxtdan sonra fransalı rəhbər həbsdən azad olunsa da, bu
onun siyasi karyerasının üzərindən birdəfəlik xətt çəkdi. Onu da
qeyd edək ki, BVF-nin keçmiş rəhbəri Fransa prezidentliyinə ən
iddialı namizəd hesab olunurdu.
Keçən il başqa bir qalmaqal nəticəsində Pentaqon şefi Devid
Petrous tutduğu vəzifədən istefa verdi. Buna səbəb Petrousun
amerikalı jurnalist Poli Broduellə nikahdan kənar münasibəti oldu.
Hər iki tərəfin ailəli olması KİV-də böyük qalmaqala səbəb
olmuşdu.
Bu ilin yazında isə Avstraliyada dünya medaiasının gündəmini
zəbt edən qalmaqal yaşandı. Parlamentin keçmiş spikeri Piter
Slipper koməkçisi Ceyms Eşbi tərəfindən ittiham olundu. Eşbinin
iddiasına görə, parlamentin spikeri ona qarşı seksual zorakılıq
edib. Elə buna görə də, parlamaent rəhbəri cinayət işinin
yekunlaşmasına qədər vəzifəsinin icrasını müvəqqəti olaraq
dondurub.
2013-cü ilin iyununda məşhur ingilis siyasətçisi Naycel Evans da
eyni səbəbdən həbs olunanlar arasındadı. Polisə Evans haqda iki
gənc şikayət edib. Gənclərin polisə verdiyi ifadədə qeyd edilir ki,
Evans onlardan birinə cinsi təcavüz, o birinə isə hücum edib.
İndi isə bu cərgəyə Aleksey Navalnının seçki qərargahının
rəhbəri Leonid Volkov daxil oldu. Volkov Rusiya siyasətində daha
çox qalmaqallı açıqlamaları ilə diqqət çəkib. O, müsahibələrinin
birində bir neçə siyasətçi və jurnalisti evinin çilçırağından
asmaqla hədələyib. Bundan başqa Navalnıya qarşı təbliğat aparan
mətbuat orqanlarını məhv edəcəyini bildirib, onların sırasında
məşhur "İzvestiya" qəzetinin adını isə xüsusi vurğuyla
çəkmişdi.