Rusiyanın "Ekspress-AM4R" ən
güclü rabitə peyki fəzaya buraxıldıqdan bir neçə dəqiqə sonra məlum
olmayan səbəbdən "Proton-M" daşıyıcı raketdən ayrılaraq yerə
düşüb.
Bu barədə "RİA Novosti"yə "Roskosmos"dakı mənbə bildirilib.
Məlumata görə, "Proton-M" daşıyıcı raketin yerə düşməsi
Qazaxıstanın hüdudlarından kənarda baş verib. "Ekspress-AM4R"
rabitə peykinin Altay diyarı ərazisinə və ya Sakit okeana düşdüyü
ehtimal olunur.
Raketin yerə düşməsi nəticəsində ölən və ya xəsarət alanlar
barədə hələlik heç bir məlumat yoxdur.
Qəzanın səbəbləri müəyyənləşənədək "Baykonur" kosmodromundan
"Proton-M" daşıyıcı raketlərin orbitə buraxılması dayandırılıb.
Qeyd edək ki, raketin düşməsi nəticəsində itirilən
"Ekspress-AM4R" peykin dəyəri 10 milyad rubl (200 milyon avro) olub
və Rusiyanın indiyədək istehsal etdiyi ən güclü rabitə peyklərindən
biri olub /APA/.