Yuxarı

Bütün buzlaqlar əriyərsə, dünya xəritəsi belə olacaq - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın üzləşdiyi ən böyük risklərin başında qlobal istiləşmə gəlir. Qlobal istiləşmənin dağıdıcı təsirləri isə saymaqla qurtarmır. Ancaq şübhəsiz ki, qütblərdə buzlaqların əriməsi hazırda görəbildiyimiz ən konkret təsirlər arasındadır. Bəs dünyadakı bütün buzlaqlar əridiyində yeni dünya xəritəsi necə olacaq?

Şərq.az-ın məlumatına görə, buzlaqların əriməsi ilə dünyanın su səviyyəsi qalxarkən bir çox quru parçası da sular altında qalacaq.

Sulara gömüləcək ərazi hissələri arasında Mayami, Nyu-York, Sindey, Şanxay, Boynes-Ayres kimi dünyanın ən mühüm şəhərləri də yer alır.

Business Insider adlı xarici media orqanı qlobal istiləşmənin şiddətlənməsini əsas götürərək qütblərdə bütün buzlaqlar əriyəndə yenidən formalaşacaq dünyamızın yeni xəritəsini tərtib edib.

ABŞ-ın dünyaca məşhur bir çox şəhəri tarixə qarışma təhlükəsi ilə üz-üzə qalacaq.

ABŞ-ın şərqindəki və qərbindəki sahil zolağı kilometrlərlə okeana daxil olacaq.

Avropa qitəsi üçün də bənzər vəziyyət hökm sürür. Aparılan elmi işlərə görə, Hollandiyanın çox böyük bir qismi sular altında qalarkən, London və Venesiya kimi şəhərlər də xəritədən silinəcək.

Asiya qitəsində 160 milyon insanın yaşadığı Banqladeş, okean suları tərəfindən udulacaq. Yenə bənzər şəkildə Hindistanın ən mühüm şəhərlərindən olan və 4,6 milyon insanın evi olan Kəlküttə də əriyən buzlaqların qurbanı olacaq.

Avstraliyada insanların yaşadığı sahil zolağının 80 faizi sular altında qalacaq.

ÇİN, Koreya Yarımadası və Yaponiya üçbucağında Cənubi Çin Dənizi regionunun tam mənada kabusu olacaq. ŞAnxayın demək olar ki, hamısı sularla örtülü olacaq.

Cənubi Amerikada Amazon meşələrində və Paraqvayın çay hövzəsində yaşanacaq hərəkətlilik Boynes-Ayres və Paraqvayın çox böyük bir qismini xəritədən siləcək.

Buzlaqların əriməsindən sonra yaranacaq olan yeni dünya xəritəsi belə olacaq:

Tarix
2017.07.20 / 20:20
Müəllif
Axar.az
Digər xəbərlər

Berdiməhəmmədov Azərbaycana gəldi

Tramp Putinə niyə 50 gün vaxt verdi? - Əsl hədəf budur

Oyun qaydaları dəyişdi: Ukrayna ərazilərini geri alacaq

Prezidentin nümayəndəsi İrəvanla sülh sazişindən danışdı

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?

ABŞ-ın Zəngəzura 100 illik nəzarət planı: Regionu nə gözləyir?

İki əzəli düşmən birləşir... – Telegraf

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla