Yuxarı

Türkiyə öz diplomatlarını bilərəkdən təxliyə etməyib – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ötən gün iraqlı kürd rəsmisi ilə görüşdüm. O mənə dedi ki, Ankara ilə əlaqəyə keçdik, konsulluq işçilərini təxliyə edə biləcəyimizi söylədik. Lakin Ankaradan buna müsbət cavab gəlmədi".

Axar.az xəbər verir ki, bunu "Milliyət" qəzetinin yazarı Əsli Aydıntaşbaş öz köşəsində bildirib. Yazarın sözlərinə görə, Ankara, ümumiyyətlə, diplomatların azad edilməsi məsələsinə könülsüz yanaşıb:

"İki gün əvvəl İŞİD terrorçularının əməliyyatları ilə bağlı xəbər yazarkən Mosuldakı Baş Konsulluğun təxliyə ediləcəyi xəbərini əldə etmişdim. Bəs nə üçün təxliyə həyata keçirilmədi? Ötən gün iraqlı kürd rəsmisi ilə görüşdüm. O mənə dedi ki, Ankara ilə əlaqəyə keçdik, konsulluq işçilərini təxliyə edə biləcəyimizi söylədik. Lakin Ankaradan buna müsbət cavab gəlmədi".

Müəllifin sözlərinə görə, Türkiyənin köməkdən imtinasında başlıca səbəb Ankaranın prestijinin zədələnməsi ola bilərdi:

"Türkiyə tərəfi Kürdistan rəsmilərindən evakuasiya ilə bağlı kömək təklifi aldıqda artıq gec olduğunu deyiblər. Təxliyə xəbəri gündəmə gəldiyində hava limanı və bütün yollar İŞİD-in əlində olub. Ankarada aparılan müzakirələrdə diplomatların konsulluqda qalmasının daha təhlükəsiz olacağı qərarı verilib. Ola bilsin, Ankarada edilən qiymətləndirmədə İŞİD-dən qaçmaq və ya kürd silahlılarının köməyilə konsulluğun təxliyəsinin Türkiyənin prestijinə zərər veriləcəyi qərarına gəlinib".

Qeyd edək ki, buna uyğun daha bir sensasiyalı açıqlama ilə dünən CNN Türk kanalının canlı yayımına bağlanan MHP-li millət vəkili Sinan Oğan çıxış etdi. Sinan Oğan Mosuldakı Baş Konsulluğu mühafizə edən 30 polisin bir güllə belə atmadan təslim olmasının və konsulluq binasının qapılarının İŞİD terrorçularının üzünə açılmasının Ankaradan gələn tapşırıqla icra edildiyini söylədi.

Xatırladaq ki, İŞİD terror təşkilatı ötən gün Mosulda Türkiyənin Baş Konsulluğuna hücum edib. Baş konsul Öztürk Yılmaz daxil 49 diplomatı girov götürüblər.

Tarix
2014.06.12 / 12:05
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Baş nazir mühüm qərar imzaladı

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Azərbaycanla BƏƏ hərtərəfli tərəfdaşlıq sazişi imzaladı

Nazir bu ölkələrin rəsmiləri ilə görüşdü - Video

İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü

Rəfiyev Ukraynanın bərpası konfransına qatılacaq

Rusiyada həbs edilən azərbaycanlılarla bağlı yeni xəbər

Əliyevlə Paşinyanın görüşü niyə BƏƏ-də keçirilir?

Səbinə Əliyevadan bu cavabı gözləyirəm - Moskalkova

İlham Əliyev BƏƏ-də səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla