Yuxarı

ABŞ-a meydan oxuyan İŞİD şəriət elan edəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-a meydan oxuyan İŞİD şəriət elan edəcək

"İraq Şam İslam Dövləti" adlanan qrupun lideri Əbubəkr Əl Bağdadi Ramazan ayının əvvəlində ələ keçirə biləcəyi ərazilərdə şəriət hökuməti elan edəcək.

Axar.az xəbər verir ki, bu barədə Livan qəzeti "As-Safir" məlumat yayıb. İraq ordusundan ayrılaraq Bağdadiyə qatılan komandirlər də bu plan üçün yardım edəcək. İslam Universitetində bir müddət işləyən Bağdadi keçmişdə Dr. İbrahim Avad adı ilə tanınırdı. Şəriət, fiqh, İslam tarixi və şeir mütəxəssisi olan Bağdadinin ailəsi də radikal sələfi görüşlərə sahib idi.

Qeyd edək ki, Bağdadinin 2011-ci ildə 800 olan əsgərinin sayı 2012-ci ildə 2500, 2013-cü ildə isə 10 minə çatıb. Bağdadi Suriyada vətəndaş müharibəsi başlayanda xadimlərinin bir hissəsini bu ölkəyə göndərib. Burada Əl Nusra ilə birləşərək "İraq Şam İslam Dövləti" yaratdığını elan edib. Ancaq İŞİD Əl Nusra üzvlərinə qarşı hücuma başlayanda Əl Qaidə lideri Eymən əl Zəvahiri tərəfindən təşkilatdan qovulub. Bağdadi 21 iyul 2013-cü ildə İraqın ən yaxşı nəzarət olunan həbsxanası Əbu Qureybə hücum etmişdi. ABŞ-ın həbs etdiyi, aralarında bomba mütəxəssislərinin də olduğu 500 Əl Qaidə nümayəndəsi azadlığa çıxmışdı.

Tarix
2014.06.13 / 00:12
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla