Yuxarı

Azərbaycanlı jurnalistlər Anadolu Agentliyində - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı jurnalistlər Anadolu Agentliyində - Foto

Dünəndən etibarən azərbaycanlı jurnalistlər Anadolu Agentliyi ilə Türk İşbiriliyi və Koordinasiya Agentliyinin (TİKA) birlikdə təşkil etdiyi proqram çərçivəsində Anadolu Xəbər Agentliyində təlim keçməyə başlayıb.

Axar.az xəbər verir ki, Azərbaycandan gedən jurnalistlərə ilk dərsi agentliyin idarə heyətinin rəhbəri Kamal Öztürk keçib.

Ustad dərsi (master klass) tipli dərs keçən Öztürk Azərbaycan mediasını yaxından izlədiyini, Anadolu Agentlıiyinin Qafqaz ölkələri xəbərlərini Azərbaycandan idarə etdiyini və agentlik olaraq bir neçə Azərbaycan agentliyi ilə iş birliyi müqaviləsi bağladıqlarını bildirib.

Dərs çərçivəsində azərbaycanlı jurnalistlərin suallarına cavab verən K.Öztürk qəzetlərin daha çox siyasətdən yazdığını bildirib:

"Azərbaycan qəzetləri ya müxalif, ya da iqtidaryönlü olur, siyasətdən daha çox yazırlar. Orada bitərəf mövqeli qəzet tanımıram. Qəzetlərin keyfiyyəti də aşağıdır. Bəzən hətta loqolu şəkli belə, qəzetdə çap edirlər. Azərbaycan qəzetləri, mən bildiyim qədər, daha çox yerli xəbərlər yazırlar".

Anadolu Agentliyinin qarşısına qoyduğu məqsədlərdən danışan Öztürk 2020-ci ilə qədər agentliyin dünyada ən öndə gedən 5 agentlikdən biri olmağı hədəflədiyini bildirib.

Xatırladaq ki, təlimdə "Gündəlik Teleqraf" və "Olaylar" qəzeti, Axar.az xəbər portalı, AzərTac, Trend və "Olaylar" agentliklərindən 20 nəfər jurnalist iştirak edir.

Tarix
2014.06.24 / 17:23
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla