Yuxarı

ABŞ-dan İsrailə məxfi məktub: Hələlik sakit durun

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanımasından bir qədər öncə ABŞ Dövlət Departamenti İsrailə məxfi məktub göndərib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Məktubda Vaşinqtonun İsraildən ABŞ vətəndaşlarının qorunması naminə Trampın qərarı ilə bağlı yumşaq açıqlamalar verməsi istənilib:

“Baş verənlərdən məmnun olduğunuzu bilsək də, rəsmi açıqlamalarınız üçün gözləməyinizi rica edirik. Bu qərara qarşılıq olaraq Yaxın Şərqdə ciddi bir dirəniş olacağını təxmin edirik və vəziyyətin ABŞ vətəndaşlarına nə dərəcədə təsir edəcəyi istiqamətində müzakirələr aparırıq”.

“Röyter”in yaydığı başqa bir sənəddə isə ABŞ Dövlət Departamentinin prosesləri izləmək üçün xüsusi qrup yaratdığı vurğulanıb. Bundan başqa Department Avropadakı bütün səfirliklərinə məxfi xəbərdarlıq mesajı da göndərib:

“Beynəlxalq ictimaiyyətin Qüdslə əlaqədar verəcəyi reaksiyalara təsir etmək üçün çətin bir vəziyyətlə qarşı-qarşıyasınız. Sizdən Qüdsün İsrail və Fələstin arasında həll edilməsi gərəkən məsələ olması reallığını anlatmağınızı istəyirik”.

Tarix
2017.12.07 / 11:16
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ukrayna Bakı-İrəvan razılaşmasını alqışladı

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Bakı bu bəyannaməyə istinada həvəsli deyil

Almatı görüşü: İrəvan da təsdiqlədi - Smadiyarov

Polşa prezidenti və baş naziri COP29-da iştirak edəcək

Azərbaycan səfiri britaniyalı nazirlə görüşdü - Foto

Frank Şvabe siyasi terrorçudur - Səməd Seyidov

İlham Əliyev ABŞ rəsmilərini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla