Yuxarı

Biz yox, Avropa bizdən imtina etdi - Sərkisyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Prezidenti Serj Sərkisyan Münhen Təhlükəsizlik Konfransında niyə İrəvanın 2013-cü ildə Avropa Birliyi ilə assosiativ üzvlük haqqında müqaviləni imzalamaqdan imtina etməsinə aydınlıq gətirib.

Axar.az xəbər verir ki, Sərkisyan 2013-cü ildə guya Rusiyanın onlara təzyiq etmədiyini bildirib:

“Biz AB ilə danışıqlara başlayanda rusiyalı tərəfdaşlarımız, müttəfiqlərimiz bu barədə məlumatlı idi. Bizim avropalı tərəfdaşlarımız da Avrasiya İttifaqı ilə danışıqlar apardığımızdan xəbərdar idilər. Assosiativ üzvlük haqqında razılaşmadan biz yox, AB imtina etmişdi. Biz hətta müqavilənin siyasi hissəsini imzalamağı təklif etmişdik, amma Avropa buna yox dedi. Eyni müqavilə bir neçə həftə sonra Ukrayna ilə imzalandı. Bizim üçün bu qəribə idi.

Biz heç kimlə məxfi danışıqlar aparmamışıq və heç kimin təzyiqi ilə qərar qəbul etməmişik. Bizim tarixi təcrübəmiz göstərir ki, qarşıdurmadan müvəqqəti fayda götürmək cəhdi böyük faciələrə yol açır. Biz belə faciədən keçmişik və bunun təkrar olunmasını istəmirik”.

Qeyd edək ki, 2013-cü ilin sentyabrında Ermənistan gözlənilmədən Avropa Birliyi ilə assosiativ üzvlük haqqında müqaviləni imzalamaqdan imtina etdiyini açıqlayıb və Avrasiya İttifaqına inteqrasiyaya üstünlük verdiyini bildirib.

Tarix
2018.02.19 / 13:50
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Bakı bu bəyannaməyə istinada həvəsli deyil

Almatı görüşü: İrəvan da təsdiqlədi - Smadiyarov

Polşa prezidenti və baş naziri COP29-da iştirak edəcək

Azərbaycan səfiri britaniyalı nazirlə görüşdü - Foto

Frank Şvabe siyasi terrorçudur - Səməd Seyidov

İlham Əliyev ABŞ rəsmilərini qəbul etdi

Macarıstan İrəvana 10 milyonluq yardımı Bakıya görə bloklayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla