ABŞ Müdafiə naziri Hegel prezident Obamanın qərarının
2016-cı ilin sonuna qədər Əfqanıstandan çıxmaq olduğunu
açıqlayıb.
Axar.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, ABŞ
Müdafiə naziri Çak Hegel amerikalı hərbiçilərin 2016-cı ildən sonra
da Əfqanıstanda qalacağı haqda söz-söhbətlərin yalan olduğunu
açıqlayıb. Hegel bildirib ki, prezident Obamanın Əfqanıstandan
çıxma barəsindəki qərarı qətidir.
Almaniyada rəsmi səfərdə olan nazir 2015-ci ilin sonuna qədər 5
mindən çox amerikalı əsgərin çıxacağını, 2016-da Əfqanıstanda cəmi
minə qədər təhlükəsizlik mütəxəssisinin qalacağını bildirib.
Müdafiə naziri Rusiyanın Ukrayna sərhədi boyunca hərbi
briqadalarını yerləşdirməsinin Ukraynanı işğal etmə təhlükəsinin
artması mənasına gəldiyini də bildirib. Hegel Ukraynanın işğal
riskinin artdığını deyən Polşa Xarici İşlər naziri Radoslav
Sikorski ilə eyni fikirdə olduğunu vurğulayıb.