Yuxarı

Ekspert Rusiyanın sirrini açdı: Putinin “yeni” taktikası

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ekspert Rusiyanın sirrini açdı: Putinin “yeni” taktikası

Nüfuzlu ABŞ nəşrləri Rusiyanın Sovetlərin “qapalı hərbi şəhərcik” taktikasına geri döndüyü fikrini irəli sürüb. Rusiya Müdafiə Nazirliyinin Qara dənizdə ilk hərbi texnopolis yaratmaq planları yüksək qiymətləndirilib. Rus ekspertlər isə hərbi texnopolislər yaratmaq fikrini birmənalı qarşılamasalar da, ZATO-ya (qapalı inzibati-ərazi vahidi) dönüşün olmayacağına əminliklərini ifadə ediblər.

Axar.az xəbər verir ki, Rusiya məsələləri üzrə ABŞ-dan olan ekspert Samuel Bendett “Nəşnl İnterest” üçün yazdığı yazısında Anapa şəhərində inşa edilən hərbi texnopolisə diqqət çəkib.

Ekspert Rusiyanın da Sovet İttifaqı kimi elm və sənaye resurslarını xaricilərin girişinə qapalı olan ərazilərdə cəmləşdirməyə hazırlaşdığını hesab edir.

Vaşinqtonun hərbi sənaye kompleksinə qarşı qlobal mübarizəyə köklənən Moskvaya (Sovetlər zamanında) rəqibləri ilə ayaqlaşmaq və onları ötmək üçün ən geniş texnologiyalar və fikirlərlə çalışan qabiliyyətli vətəndaşlar lazım idi. İndi dörddə bir əsrdən çox keçdikdən sonra Rusiya bənzər bir şəkildə bu taktikaya geri qayıdır”, - Bendet bildirib.

Xatırladaq ki, söhbət “Era” texnopolisindən gedir. Onun yaradılması barədə xəbər fevralın 22-də yayımlanıb.

Tarix
2018.04.04 / 13:37
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

“Bona Dea”nın Nigar Köçərliyə kobudluğu... - Professor

Əliyevadan Prezidentin paneldə iştirakı ilə bağlı paylaşım

Ukrayna baş naziri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Qətərin baş naziri ilə görüşdü

İlham Əliyev böyük, dahi liderdir - Prezident

İlham Əliyev Fink və Oqunlesi ilə görüşdü

Türkiyə-Ermənistan yaxınlaşması... - İlham Əliyev

Ermənistan tərəfindən müraciət daxil oldu ki... - Prezident

İlham Əliyev mənim dostumdur - Vuçiç

Vəziyyəti nəzarət altına alsaq, uğur mümkündür - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla