Yuxarı

Azərbaycanlı qızın ailəsi hücumdan əvvəl polisə nə deyib?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı qızın ailəsi hücumdan əvvəl polisə nə deyib?

Ötən gün Yutubun ofisinə hücum edən azərbaycanlı (əslən Urmiyadandır) Nasim Ağdamla bağlı yeni məlumat yayılıb.

Axar.az xəbər verir ki, qadının ailəsinin öncədən polisi xəbərdar etdiyi məlum olub.

San Bruno Polis Departamentinin rəisi Ed Barberi keçirilən mətbuat konfransında bildirib ki, qadının ailəsi aprelin 2-də polis idarəsi ilə əlaqə saxlayaraq, onun martın 31-dən itkin düşdüyünü deyib. Daha sonra qadın avtomobilində yatarkən müəyyən edilib və o, itkin düşənlərin siyahısından çıxarılıb. Hücumdan öncə Nasim Ağdam atış poliqonuna gedib. Hücum zamanı isə 9 mm-lik tapançadan istifadə edib. Nasim Ağdam avtomobilini Yutub binasının qarajında park edib.

Ağdamın bütün sosial mediadakı hesablarının istintaq çərçivəsində təhlil edildiyini deyən Barberi onun Yutubun siyasətini və fəaliyyətinə qarşı olduğu üçün ofisə hücum etdiyini söyləyib. O, hadisədə başqa bir nəfərin şübhəli olmadığını və istintaqın davam etdiyini qeyd edib.

Qeyd edək ki, Nasim Ağdam Yutubun Kaliforniya ştatında yerləşən binasına silahlı hücum edib və 3 nəfəri öldürüb. Nasim Ağdam özü də ölüb. Onun sonda intihar etdiyi bildirilirdi.

Tarix
2018.04.05 / 07:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

Ceyhun Bayramovdan İran-ABŞ atəşkəsinə reaksiya

Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı - Foto

Mixail Zabelin yenə Rus İcmasının sədri seçildi

Xaricdə gizlənənlər üçün son: Bundan qaça bilməyəcəklər!

Bayramov İordaniya baş nazirinin müavini ilə görüşdü

TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi

Azərbaycanla münasibətimiz çox yaxşıdır - Xətibzadə

Bayramov pakistanlı həmkarı ilə müzakirə apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla