Yuxarı

Quyruqlu ulduzun günəşin yanından keçməsi canlı yayımda

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Quyruqlu ulduzun günəşin yanından keçməsi canlı yayımda

NASA Günəşin ən yaxınlığından keçəcək "İSON quyruqlu ulduzu"nun keçməsini canlı yayımlayacaq.

"Axar.az"ın məlumatına görə, bəzi kosmonavtların əsrin quyruqlu ulduzu olmağa namizəd göstərdiyi "İSON", sabah Günəşin 1,2 milyon kilometr yaxınlığından keçəcək.

NASA bu anı "Google"un pulsuz xidməti olan "Google Hangout" vasitəsilə Bakı vaxtı ilə 22:00 – 00:30 aralığında canlı yayımlayacaq.

Yer planeti ilə Günəş arasındakı məsafənin 150 milyon kilometr olduğunu nəzərə alsaq, quyruqlu ulduzun Günəşə hansı dərəcədə yaxınlaşacağını təsəvvür etmək də çətin olmayacaq.

Mütəxəssislər İSON-un nüvəsinin 500 metrdən daha böyük olduğu üçün onun Günəşin təsirindən parçalanmayacağına ümidlidir.

Məlumat üçün bildirək ki, elmi adı "C/2012 S1" olan quyruqlu ulduz, Rusiyadakı "International Scientific Optical Network (ISON)" elmi araşdırma qurumu tərəfindən kəşf edildiyi üçün ona ISON adı verilib.

Tarix
2013.11.27 / 17:05
Müəllif
Hüseyn
Digər xəbərlər

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

Saleh Səmədova hökm oxundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla