Rusiyanın Baş naziri Dmitri Medvedev sentyabrın 8-9-da
Ermənistana səfər edəcək.
Axar.az "armtoday.info" saytına istinadən xəbər verir ki, bu
açıqlama ilə Ermənistanın Baş naziri Ovik Abramyan çıxış edib.
O, Rusiya Baş nazirinin Ermənistana səfəri ilə bağlı razılığın
Dmitri Medvedevlə axırıncı görüşü zamanı əldə edildiyini bildirib.
Ovik Abramyan həmçinin 21-22 avqustda Gürcüstan Baş naziri İrakli
Qaribaşvilinin Ermənistana rəsmi səfər edəcəyini, məhz bu səfər
zamanı Cavaxetiya erməniləri ilə bağlı məsələnin müzakirə
ediləcəyini bildirib. Bundan əlavə isə 15-17 sentyabr tarixində Baş
nazirin İrana da rəsmi səfər edəcəyi deyilib:
"Bu bizim ölkələr üçün iqtisadi planda çox vacib məsələdir.
Rusiya, Gürcüstan və İranla bağlı çoxlu proqramlar var".