Yuxarı

Erməni “soyqırımı”nı inkar edənlər 3-6 aylıq həbs ediləcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni “soyqırımı”nı inkar edənlər 3-6 aylıq həbs ediləcək

Yunanıstanda irqçiliklə mübarizə çərçivəsində hazırlanan ancaq koalisiya hökuməti ortaqları arasında razılaşmaya olmaması üzündən təxirə salınan və edilən dəyişikliklərdən sonra yenidən parlamentə gətirilən qanun dünən keçirilən ikinci səsvermədə təsdiqlənib.

Axar.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, parlamentdə 101 millət vəkilindən ibarət iclasda cümə günü keçirilən ilk səsvermədə müxalif partiyaların ad oxunaraq səs verilməsi tələbinə görə dünənə təxirə salınan qanun səs çoxluğu ilə qəbul edilib.

Parlamentdə keçən cümə günü keçirilən səsvermədə Ədliyyə Nazirliyi səviyyəsində hazırlanan qanunun 3 maddəsi təsdiqlənmişdi. Qanunun digər 3 maddəsinin də dünən təsdiqlənməsi ilə "İrqçiliyə Qarşı Mübarizə Qanunu" qəbul edilmiş oldu.

Qanunda "beynəlxalq məhkəmələr və Yunan Parlamentinin qərarı ilə tanınan soyqırımları, hərbi cinayətləri, insanlığa qarşı işlənən cinayətləri və Nasist cinayətlərini inkar edənlərə 3-6 ay həbs və 5-20 min avro cəza" nəzərdə tutulub.

Xatırladaq ki, Yunan Parlamenti 1996-cı ildə erməni iddialarını "soyqırım" olaraq tanıyıb.

Tarix
2014.09.10 / 08:25
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla