Yuxarı

Pakistanın nüvə alimi Türkiyə ilə əməkdaşlıqdan danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pakistanın nüvə alimi Türkiyə ilə əməkdaşlıqdan danışdı

1998-ci ildə Pakistanda nüvə silahı proqramını başlayan professor Əbdülqədir Xan bu ölkə ilə Türkiyə arasında nüvə silahı istehsalı ilə bağlı hər hansı bir əməkdaşlığın olmadığını bildirərək belə iddiaları "axmaq və sərsəm" adlandırıb.

Axar.az xəbər verir ki, alim yayılan məlumatların həqiqətdən uzaq olduğunu qeyd edib.

Pakistan Müdafiə Nazirliyinin keçmiş müşaviri general-leytenant Asif Yasin Malik də yayılan xəbərləri təkzib edib. Onun sözlərinə görə, iki ölkə arasında silah mübadiləsi ən yüksək səviyyədə olsa da, nüvə silahı ilə bağlı heç bir razılaşma olmayıb:

"Ötən iki il ərzində Pakistan və Türkiyə arasında müdafiə sahəsindəki əməkdaşlıq son dərəcə inkişaf edib. Bu xəbər doğru deyil. Pakistan nüvə texnologiyasının yayılmasına qarşıdır. Biz məcburiyyət qarşısında qaldığımız üçün nüvə silahını yaratdıq. Məncə, yayılan məlumatlar Türkiyəyə qarşı yox, Pakistana qarşıdır. Məqsəd müsəlman dünyasında yeganə nüvə silahına sahib olan Pakistana təzyiq etməkdir. Bizim nüvə sənayemiz ölkəmizi xarici müdaxiləyə qarşı qorumaq üçündür".

Xatırladaq ki, bir müddət öncə Almaniyanın "Die Welt" dərgisi Türkiyənin nüvə silahı əldə etmək istədiyini iddia edərək, bu məqsədlə lazımi texnikanı Pakistandan aldığını irəli sürmüşdü.

Tarix
2014.09.26 / 01:07
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla