Yuxarı

Kremlə Borçalıda separatizm ocaqları yaratmaq sərfəlidir - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kremlə Borçalıda separatizm ocaqları yaratmaq sərfəlidir - Video

"Rusiyanın Kvemo Kartlidə yaratmaq istədiyi qeyri-stabilliyə Gürcüstan patriotları icazə verməyəcəklər".

Axar.az "Szona.org"a istinadən xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın eks-deputatı Ramin Bayramov çıxış edib. O, azərbaycanlıların heç vaxt Tiflisə qarşı çıxmayacaqlarını bildirib:

"Kvemo Kartli bölgəsinin əhalisinin böyük əksəriyyətini azərbaycanlılar təşkil edir. Kim nə deyir desin, buradakı azərbaycanlıların əksəriyyəti Saakaşvilinin tərəfdarlarıdır. Buna səbəb isə Saakaşvili dövründə azərbaycanlıların qarşılarında duran çox problemdən azad olmaları idi. Hazırda azərbaycanlıların əksəriyyətinin narazı olduğu məqam ondan ibarətdir ki, Saakaşvili dövründə qurulan şeylər məhv edilməyə başlayır. Hökumət bunu bilir. Onlar bilirlər ki, axır-əvvəl ölkədə etiraz aksiyaları başlayacaq. Ona görə də onlar bu aksiyaların qarşısını alacaqlar. Hətta bunun üçün gücdən də istifadə edəcəklər. Bu isə indiki dövrdə Gürcüstan hakimiyyəti ilə yanaşı Kremlə də sərf edir. Çünki Kreml çoxdan Kvemo Kartli bölgəsində etnik konflikt və separatizm ocaqları yaratmaq niyyətindədir. Tam məsuliyyətlə deyirəm ki, azərbaycanlılar Tiflisə və dövlətə qarşı hərəkət etməyəcəklər. Rusiyanın Kvemo Kartlidə yaratmaq istədiyi qeyri-stabilliyə Gürcüstan patriotları icazə verməyəcəklər".

Tarix
2014.10.02 / 08:45
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Bu qərar ölkəmizin daxili məsələsidir – Partiyadan bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla