Yuxarı

Gürcülər azərbaycanlı qıza görə ayağa qalxdı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tiflisdə Gürcüstanın hökumət administrasiyasının binası qarşısında “Azərbaycanlı qızları müdafiə edin!” şüarı altında aksiya keçirilib.

Report-un verdiyi xəbərə görə, Gürcüstanın Qadınlar Hərəkatı tərəfindən təşkil olunmuş aksiyada oktyabrın 12-də Saqareco bələdiyyəsinin Ləmbəli kəndində oğurlanmış 17 yaşlı azərbaycanlı qızın polis tərəfindən bu günə qədər tapılmamasına etiraz bildirilib.

Hərəkat üzvləri əllərində “Səbrimiz tükənib!”, “Qadın zorakılığına son qoyulsun!” şüarları tutublar.

Qadınlar Hərəkatının üzvü Baya Pataraya jurnalistlərə bildirib ki, qız qaçırılması Gürcüstanın Azərbaycan icması arasında geniş yayılıb:

“Polis bu cür halları araşdırmır. Qız evə qayıdandan sonra onun öz istəyi ilə qaçırıldığı bildirilir. Polis ailələr arasında məsələnin həll olunmasını gözləyir. Qızı qaçıran şəxs 5 min lari məbləğində cərimələnir. İcma qız qaçırılmasını cinayət əməli hesab etmir. Azərbaycanlı qızlar etnik və gender diskriminasiyasına məruz qalırlar. Biz buna etiraz edirik. Polisi oğurlanmış qızın yerini tezliklə müəyyən etməyə çağırırıq”.

O qeyd edib ki, azərbaycanlı qız yaxın günlərdə tapılmasa, Ləmbəli kəndində polis departamentinin binası qarşısında etiraz aksiyası təşkil olunacaq.

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) oğurlanmış azərbaycanlı qızın axtarışları ilə bağlı məlumat yayıb. Məlumatda qeyd olunub ki, faktla bağlı bir sıra istintaq tədbirləri həyata keçirilib və şahidlər dindirilib. DİN qızın yerinin müəyyən olunması üzrə intensiv əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Tarix
2018.10.16 / 21:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla