Yuxarı

Partiya sədri: “Türkiyənin PKK-nı bombalaması düzgün deyil”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Partiya sədri: “Türkiyənin PKK-nı bombalaması düzgün deyil”

Bu günə qədər İŞİD-ə qarşı mübarizədə PKK-ya silah yardımına qarşı çıxan Almaniya hökuməti mövqeyini dəyişib.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, Almaniyanın məşhur "Şpigel" jurnalına açıqlama verən Xristian Birliyi Partiyasının sədri Volker Kauder PKK-ya dəstək üçün silah göndərilməsinin önəmindən danışıb.

Baş nazir Angela Merkelə ən yaxın şəxslərdən sayılan Kauder Türkiyə-PKK arasındakı gərginlikdən də bəhs edib. O bildirib ki, gərək bu məsələdə Türkiyə onların yanında olsun:

"Türkiyənin PKK ilə nə cür problemləri olduğunu bilirəm. Ancaq dünya üçün getdikcə böyük təhlükəyə çevrilən İŞİD-in sərhəd bölgəsindəki şəhərləri ələ keçirməsini dayanıb sakitcə izləmək çıxış yolu deyil. Başqa kürd qruplarına da dəstək verilməsinin tərəfdarıyıq. Biz bunu Türkiyəsiz etmək istəmirik. Türkiyənin də bu məsələdə dəstək verməsi lazımdır. Əlbəttə ki, bu dəstək həm də PKK ilə bərabər İŞİD-ə qarşı vuruşan digər kürd birliklərinə də edilməlidir".

Türkiyə ilə PKK-nın arasındakı silahlı mübarizə ilə bağlı jurnalistin ünvanladığı suala isə Kauder belə cavab verib:

"Təbii ki, bütün silah yardımı riskli qərardır. Göndərilən silahların əminliklə istənilən yerə gedəcəyinin zəmanəti yoxdur. Ancaq İŞİD-in qarşısı alınmasa, risk daha böyük olacaq".

Sülh danışıqları sürməli

Kauder, PKK-nın hələ də Avropa ölkələri üçün terror təşkilatı statusunda olmasını ona xatırladan jurnalistə belə cavab verib:

"Türkiyə də daxil olmaqla bütün tərəflər sülh danışıqlarını davam etdirməlidir. Bundan hər kəs qazanclı çıxacaq. Hal-hazırda ən böyük təhlükə, insanlığa qarşı təhlükə olan İŞİD-dir. Birmənalı olaraq deyirəm ki, PKK-nın mövqelərinin bombalanması düzgün deyil. Türkiyə tərəfi öz sərhədindən İŞİD-çilərin giriş-çıxışına fikir verməli və bu kimi hallara qətiyyən yer verməli deyil".

Tarix
2014.10.16 / 19:26
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Bu şəxslər hərbi xidmətə çağırılmırlar - Səbəb

Yalçın Rəfiyev AB-nin yüksək səviyyəli toplantısında

Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - Fakt

Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi

Putin qəsdən görüş üçün bu şəhəri seçdi

Rusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu

Prezidentin xüsusi nümayəndəsi Arakçı ilə görüşdü

Zakir Həsənov Özbəkistana getdi, həmkarı ilə görüşdü

İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…

İlham Əliyev Qazaxıstana getdi, belə qarşılandı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla