Yuxarı

Şok: Ölən nənəsindən mesaj aldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şok: Ölən nənəsindən mesaj aldı

İngiltərədə yaşayan 22 yaşlı Şeri Emerson 3 il əvvəl öldüyü nənəsindən mesaj aldığını deyib.

Axar.az xəbər verir ki, Emerson nənəsi ölüm ayağında olarkən vəsiyyət etdiyini bildirib:

"Vəsiyyət etmişdi ki, torpağa tapşırılanda mobil telefonla basdırılsın. Biz də belə etdik. Amma 3 il sonra həmin nömrədən mənə mesaj gəldi".

Darıxdığı zaman nənəsinə mesaj yazan Emerson bir gün həmin nömrədən mesaj gəldiyini deyib:

"Bir dəfə həmin nömrədən mənə mesaj gəldi. "Gözüm üzərindədir. Hər şey gözəl olacaq. Bu da keçər. Səni izləyirəm və əmin ol, hər şey daha yaxşı olacaq", - yazılmışdı".

"Deyli Meyl" qəzetinə açıqlama verən Emerson bu mesaji aldıqdan sonra nənəsinin ölmədiyini zənn edib.

Daha sonra məlum olub ki, ölümündən 3 il keçdiyinə görə nömrə istifadəsiz qaldığı üçün satılıb. Telefonu aldıqdan sonra müxtəlif nömrələrdən mesaj və zənglər alan yeni istifadəçi yoldaşları tərəfindən zarafat edildiyini zənn edərək mesajla zarafatı davam etdirmək istəyib.

Araşdırmalardan sonra yeni istifadəçi Emersondan üzr istəyib. "O2" şirkəti isə həmin nömrənin bundan sonra heç kim tərəfindən istifadə edilməyəcəyinə söz verib.

Tarix
2014.10.18 / 13:39
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Azərbaycan və Ukrayna XİN başçıları görüşdü

Bayramov Ukraynada AXC-yə dair sənədlərə baxdı - Foto

Bayramov İrpen şəhərində - Foto

Ukraynaya qaz tədarük etməyə hazırıq - Nazir

Sibiqa Azərbaycana başsağlığı verdi

Proses sürətləndi: hökumət yeni modelə bu tarixdə keçəcək

Arutyunyan və digərlərinin məhkəməsində qərar...

Bayramovun səfəri: rus ekspertlər “hücuma” hazırlaşır

Bayramov Kiyevdə Ukrayna PUA-larına baxdı - Foto

Ceyhun Bayramov Ukraynada səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla