Yuxarı

Rusiya 30 min ermənini qara siyahıya saldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya 30 min ermənini qara siyahıya saldı

Təkcə 2014-cü ilin 9 ayı ərzində Rusiya 30 min erməninin ölkəyə gəlməsinə qadağa qoyub.

Axar.az AzərTAc-a istinadən xəbər verir ki, Ermənistanın miqrasiya xidmətinin rəhbəri Qagik Yeqanyan Parisdə nəşr olunan "Ermənistan xəbərləri" jurnalına müsahibəsində faktı etiraf edib. Onun sözlərinə görə, Rusiyaya gedən ermənilərin əksəriyyəti ölkənin miqrasiya qaydalarını pozur və qruplar yaradaraq cinayətkarlıqla məşğul olurlar. Buna görə də hər il on minlərlə erməninin adı qara siyahıya daxil edilir və onların Rusiyaya gəlişinə qadağa qoyulur.

Q.Yeqanyan hətta Ermənistanın Avroasiya İqtisadi İttifaqına daxil olmasına baxmayaraq, Rusiya tərəfdən ermənilərə qarşı hər hansı güzəşt edilmədiyini bəyan edib.

Ermənistan miqrasiya xidmətinin məlumatına görə, 2013-cü ildə 500 mindən artıq erməninin Rusiyada yaşadığı qeydə alınıb və son 20 ildə yüz minlərlə erməni Rusiya vətəndaşlığını qəbul edib. Əlbəttə, bu rəqəm leqal yaşayan erməniləri əhatə edib. Amma qeyri-leqal yaşayan ermənilərin sayı bundan qat-qat artıqdır.

Son iki ayda 2 min erməni Rusiyaya getmək barədə bu ölkənin Yerevandakı səfirliyinə müraciət etsə də, onlardan yalnız 200 nəfəri qara sıyahıdan çıxarılıb.

Tarix
2014.10.19 / 22:35
Müəllif
Axar.az
Digər xəbərlər

Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı

Sabah başlayır: Paşinyan görüşə niyə getmədi?

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla