Yuxarı

YAP Veteranlar Şurasının iclası: Mehdiyev məsələsi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
YAP Veteranlar Şurasının iclası: Mehdiyev məsələsi...

Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının bugünkü iclasında Ramiz Mehdiyevin üzvlükdən xaric edilməsi məsələsi müzakirə edilməyib.

Axar.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP Veteranlar Şurasının üzvü Tahir Rzayev bildirib.

"Veteranlar Şurasının bu gün keçirilən iclasında əsasən 2025-ci il ərzində görülmüş işlərə dair hesabat dinlənilib. İclasda il ərzində təşkil olunan tədbirlər, veteranların müxtəlif görüş və tədbirlərdə iştirakı ilə bağlı məsələlər müzakirə edilib.

Eyni zamanda, 2026-cı il üçün nəzərdə tutulan fəaliyyət planı müzakirə olunaraq təsdiqlənib. Şuraya yeni üzvlərin qəbulu və ya üzvlükdən xaric edilmə ilə bağlı hər hansı müzakirə aparılmayıb.

İclas zamanı veteranlar gündəlikdəki məsələlərlə bağlı fikirlərini bölüşüb, ölkə başçısının həyata keçirdiyi siyasəti dəstəklədiklərini vurğulayıb, əldə olunan nailiyyətlərə münasibət bildiriblər. Bununla yanaşı, qarşıda duran vəzifələr və gələcək fəaliyyət istiqamətləri barədə də fikir mübadiləsi aparılıb", - T.Rzayev deyib.

Tarix
2026.01.22 / 20:56
Müəllif
Axar.az
Digər xəbərlər

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla