Yuxarı

Ərdoğanın məhbəs yoldaşı danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğanın məhbəs yoldaşı danışdı

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla birlikdə həbs həyatı yaşayan Adnan Atay maraqlı çıxış edib. O: "Baş nazir layihələrini bizə izah etdikdə, biz sadəcə gülürdük",- deyib.

O dövrdə Ərdoğanla birlikdə eyni həbsxanada cəza çəkən məhbus yoldaşı onunla bağlı xatirələrin hələ də canlı olduğunu bildirib. Hətta o, Ərdoğanın həbsxanada istifadə etdiyi çaydanın hələ də xatirə olaraq saxlandığını deyib.

Adnan Atayın sözlərinə görə, Ərdoğanın həbsxanada etdiyi söhbətlər ancaq qardaşlıqdan, ölkə məsələlərindən ibarət olub:

"O bizimlə çox səmimi idi. Bizə təkcə yoldaş olaraq deyil, həm də böyük qardaş kimi yanaşırdı. Onunla eyni kamerada olmasaq da, tez-tez görüşərdik. Tez-tez kamerama gələrək məni ziyarət edərdi".

Layihələrini bizə danışanda gülürdük

"Biz o vaxtlar onun danışdıqlarını gülərək dinləsək də, o, Baş nazir olacağına inanırdı. Onun qətiyyəti bizi təəccübləndirdi. 14 il öncə bizə danışdıqları hər bir layihəni reallaşdıra bildi".

Ərdoğanın həbsxana yoldaşı sonda deyib:

"O illər çox gənc idi, saçlarının ağardığını görüb kədərlənirik".

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan 1999-cu ildə 4 aylıq həbs cəzası çəkib.

Tarix
2013.12.05 / 12:04
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla