Yuxarı

İcra başçısı təyin edilən gənc – Tərcümeyi-hal

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra başçısı təyin edilən gənc – Tərcümeyi-hal

5 fevral tarixində Prezident İlham Əliyevin imzaladığı sərəncamla Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Elşən Rövşən oğlu Salahovun tərcümeyi-halı yayılıb.

Axar.az xəbər verir ki, Salahov Elşən Rövşən oğlu 1977-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Bakı şəhəri 237 saylı orta məktəbi, 2000-ci ildə Xəzər Universitetini, 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universtetini, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

1999-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində əmək fəaliyətinə başlayıb, Qiymətli kağızların tədavülünün tənzimlənməsi şöbəsində baş məsləhətçi, Qiymətli kağızların buraxılışı və qeydiyyatı şöbəsində sektor müdiri, 2009-cu ildə “Bank Standart” Kommersiya Bankının “Mərdəkan” filialının direktoru, 2014-cü ildə Xəzər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Rayon Təsərrüfatı şöbəsinin müdiri, 2018-ci ildə Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifələrində çalışıb.

2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir 2 övladı var.

Xatırladaq ki, Elşən Salahovun atası Xəzər rayon Ağsaqqallar Şurasının sədri Hacı Rövşən Salahovdur.

Tarix
2019.02.11 / 11:03
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ərdoğan TDT-nin XİN başçılarını qəbul etdi

Efiopiyanın baş naziri İlham Əliyevə zəng etdi

Türkiyə Azərbaycanla bağlı xəbərdarlıq etdi

Tramp İranla məşğuldur, Rusiyaya “güzəşt” başladı

Rusiyadan Azərbaycan və İrana çağırış

Liviya lideri də İlham Əliyevə zəng etdi

Bakının bu addımı İrana dərs olacaq - Ekspert

Bayramov TDT Baş katibi ilə İran hücumunu müzakirə etdi

Bayram Beqay İlham Əliyevə zəng etdi

Vətəndaşlarımızın ölkəyə qaytarılması: XİN-dən açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla