Yuxarı

Türkiyə Azərbaycanla bağlı xəbərdarlıq etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə Azərbaycanla bağlı xəbərdarlıq etdi

Bölgədə baş verən son hadisələri nəzərə alaraq, bəzi platformalarda, xüsusən də sosial mediada Türkiyə-Azərbaycan münasibətlərini və Azərbaycanın özünü hədəf alan həddindən artıq dezinformasiya və təxribatı ehtiva edən paylaşımlar müşahidə olunub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Dezinformasiya ilə Mübarizə Agentliyi (DMA) bəyanat yayıb.

“Sarsılmaz tarixi və ortaq dəyərlərlə bir-birinə möhkəm bağlı olan Türkiyə və Azərbaycan təkcə bu gün deyil, keçmişdə də dəfələrlə üzləşdiyi sınaqlardan uğurla çıxıb. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən liderlik səviyyəsində aparılan ikitərəfli münasibətlər bütün səviyyələrdə "Bir millət, iki dövlət" şüarı altında həyata keçirilir.

İctimaiyyətdən məqsədlərindən kənara çıxan və bu qardaşlığa zərər verə biləcək açıqlamalara, dezinformasiyalara və qarayaxma kampaniyalarına qarşı daha həssas olmaları və Türkiyə və Azərbaycan hakimiyyətlərinin vacib məsələlərlə bağlı verdiyi açıqlamaları nəzərə almaları xahiş olunur", - bəyanatda qeyd olunub.

Tarix
2026.03.07 / 19:37
Müəllif
Axar.az
Digər xəbərlər

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla