Yuxarı

Əsir pilot işgəncələrə dözdü ki, tezlik dəyişsin – Şok iddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsir pilot işgəncələrə dözdü ki, tezlik dəyişsin – Şok iddia

Pakistan ordusu tərəfindən əsir götürülən və sonradan azad edilən hind hərbi pilot Abhinandan Varthaman təzyiq və işgəncələrə məruz qalıb.

Axar.az xəbər verir ki, bu barədə “Hindustan Tayms” nəşri informasiya yayıb.

Məlumata görə, pilot əsirlikdə olduğu müddətdə Pakistanın bir neçə istintaq qrupu tərəfindən dindirilib. Onlar pilotdan Hindistan Hərbi Hava Qüvvələrinin istifadə etdiyi radio tezlikləri, qırıcıların sayı və dislokasiyası, həmçinin hərbi logistika barədə məlumat almağa çalışıblar. Dindirilmələr zamanı hind pilot saatlarla ayaqda saxlanılıb, otaqda yüksək səslə musiqi dinlədilib, boğulub və hətta döyülüb.

“Bütün hind pilotların qarşısında Hindistan Hərbi Hava Qüvvələrinin 24 saat ərzində tezlikləri dəyişməsinə imkan yaratmaq üçün əsir düşdükləri vaxt mümkün qədər uzun müddət dözmək tapşırığı qoyulur. Abhinandan bu tapşırığı yerinə yetirdi”, - nəşrə danışan mənbə bildirib.

Qeyd edək ki, Pakistan sərhədini pozan 2 Hindistan qırıcısını vurmuş, əsir düşən pilotlardan birini isə iki gün sonra geri qaytarmışdı. Əsir pilotun qaytarılmasından dərhal sonra isə Hindistan tərəfi Kəşmirdə Pakistanın sərhəd-keçid məntəqəsini atəşə tutmuş və biri mülki olmaqla, üç nəfərin ölümünə səbəb olmuşdu.

Tarix
2019.03.07 / 15:00
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Bu sahə ilə bağlı yeni dövlət standartları qəbul olundu

103 ölkədən 569 QHT Bakı Bəyannaməsi imzaladı

Kim Çen İn İlham Əliyevi təbrik etdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla