BBC-nin keçmiş əməkdaşı Toy Qoslinq İŞİD-in yaradılması
ilə bağlı şok iddia ilə çıxış edib.
Axar.az xəbər verir ki, jurnalist İŞİD-in NATO qüvvələri
tərəfindən planlı şəkildə yaradıldığını, İngiltərə və ABŞ Mərkəzi
Kəşfiyyat Xidmətləri (Mİ6 və MKİ) tərəfindən böyüdüldüyünü
deyib.
Jurnalist İŞİD-in hansı məqsədə xidmət etdiyini şərh edərək
Qəddafi və Əsəd ilə döyüşmək üçün istifadə edilən köhnə bir
təşkilatın yeni adı olduğunu qeyd edib: "Hər kəsin iddia etdiyi
kimi İŞİD birdən-birə ortaya çıxmayıb. Bu canavarın meydana
gəlməsində Qərb güclərinin müstəsna xidmətləri var. Bunun yaradılma
məqsədi isə Qərbin diktəsinə qarşı mübarizə aparan Yaxın Şərqi diz
çökdürmək, onları tabe etməkdir. İŞİD NATO ölkələri tərəfindən
yaradılıb. Bu təşkilat Qəzzafi və Əsəd ilə döyüşmək üçün istifadə
olunan köhnə bir təşkilatın yeni adıdır. Ayrıca bu təşkilat,
əslində, "bal çanağı" funksiyasını yerinə yetirir. Bu termin
kəşfiyyat xidmətləri tərəfindən istifadə edilir".
Jurnalist NATO tərəfindən yaradılan İŞİD-in müsəlman aləminə
ciddi zərbə vurmaq üçün yaradıldığını deyərək, əsas rolu Türkiyədə
fəaliyyət göstərən İngiltərə xüsusi xidmət orqanlarının oynadığını
iddia edib: "İŞİD-i meydana gətirənlər yalnız ABŞ, Birləşmiş
Krallıq və İsrail deyil. Əsas məqsədlərdən biri də Yaxın Şərqdə
İsrailin genişlənməsinə nail olmaqdır. İnsanlar bu təşkilatları
televiziyadan seyr edərkən tamamilə özbaşına və dağınıq şəkildə
küçələrə çıxdığını görə bilər. Əsla. Bu, ABŞ MKİ və İngiltərə Mİ6
təşkilatlarının maliyyə dəstəyi ilə baş verir və tam planlı şəkildə
aparılır. Məncə, Mİ6-nın Türkiyədəki sütunları daha güclüdür. Mən
Türkiyə səlahiyyətlisi olsaydım, İngiltərə hərbi attaşesinin kim
olduğunu araşdırardım. Nə etdiklərini yaxından izlərdim. Çünki
Türkiyə NATO üzvü və İslam ölkəsi olaraq çox həssas bir mövqedədir.
Son zamanlarda NATO-nun apardığı siyasət İslamı məhv etməkdir. Bu
siyasətin mahiyyəti yalnız İslam neftini ələ keçirmək üçün deyil,
ayrıca dünyadakı İslam xalqlarının əxlaqi dəyərlərini də
yıxmaqdır".
Jurnalist mason siyasətinə toxunaraq İngiltərənin kraliça
tərəfindən deyil, masonlar tərəfindən idarə olunduğunu da deyib:
"Əslində, London olduqca qəribə bir təşkilatdır. Rotşild ailəsi
Birləşmiş Krallıqda əsrlərdir ki, çox ciddi nüfuza sahibdir.
Məsələn, Kraliça Londona girərkən onlardan icazə alır. Rokfeller
ailəsi də Rotşildlərlə yaxındır. Sonuncu Rokfellerlərdən daha
qədimdir. Çünki Rotşild Avropa bankçılığının əsasını qoyub. "Azad
Masonlar" da İngiltərədə güclü təsirə malikdir. İngiltərədə bir çox
polis "Azad Masonlar"a qatılıb. Məhz bu səbəbdən "Azad Masonlar"
"məşhur" günahkarları qoruyur".