Stress üçün əsl öldürücü qidalar
02:00
| Ana səhifə Planet |
|
Yunanıstanın Selanik şəhərində yerləşən Türkiyə Baş konsulluq binasına maskalı şəxslər tərəfindən molotov kokteyli atılıb.
Axar.az xəbər verir ki, Baş konsulluq binasının önündəki bir polis avtobusuna da partlayıcı maddə atılıb.
Verilən məlumatda 20 dəqiqə ərzində 5 partlayıcı maddənin atıldığı qeyd edilir. Polisin səs və qaz bombaları ilə qarşılıq verdiyi təcavüzkarlar Aristotel Universitetinə doğru qaçıblar.
Qeyd edək ki, Selanikdə Türkiyə Baş konsulluq binası qarşısındakı polis məntəqəsinə daha əvvəl bir neçə dəfə hücum edilmişdi.
|
Tarix
2014.12.01 / 00:22
|
Müəllif
Pərviz Həsənov
|