Yuxarı

Alman mətbuatı belə yozdu: “Çar Sultanla görüşür”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alman mətbuatı belə yozdu: “Çar Sultanla görüşür”

Almaniyanın nüfuzlu "Fokus" jurnalı Rusiya Prezidenti Vladimir Putinin Türkiyə səfərini işıqlandırıb.

Axar.az-ın məlumatına görə, dərgi "Çar Sultanla görüşür" başlıqlı yazıda Putini "Çar", Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı isə "Sultan" adlandırıb.

Putin və Ərdoğanı "Rembo siyasətçilər" adlandıran dərgi hər iki liderin Qərbə qarşı kin bəslədiyini bildirib: "Hər iki lider haqqında bu an Qərbdə çox da yaxşı danışılmır. Putin Qərbin sanksiyalarından gileylidir. Ərdoğan isə Qərbi müstəmləkəçi olaraq görür və nifrət edir. İndi bu iki lider görüşür. Rembo siyasətçilər Qərbə qarşı birləşə bilərmi?"

Ərdoğan və Putinin "İqtisadi əlaqələrin inkişaf etdirilməsi və İŞİD-ə qarşı mübarizə" adlı mövzularla görüşdüyünü deyən jurnal iki liderin bir-birinə Qərbdən şikayət edəcəklərini iddia edib.

Prezident Ərdoğanın getdikcə Putinə bənzədiyini deyən dərgi liderlərin olduqca bənzər siyasət yürütdüyünü açıqlayıb: "Ərdoğan Putin yolunu gedir. Avtoritar siyasi tərz əsas tutulmaqla hər iki liderin ölkə daxilində və xarici siyasətdə oxşarlıqları həddindən ziyadə çoxdur. Qərbə yanaşma tərzi, terrorla mübarizə, Yaxın Şərq məsələsi, ABŞ ilə münasibətlər tam bir xətlə inkişaf edir".

Tarix
2014.12.01 / 13:28
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla