Yuxarı

Alimlər bunu da etdi: Pasiyentin hüceyrələrindən ürək...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail alimləri tibb elmi və texnologiya sahəsində sensasiya olan kəşfə imza atıblar. Onlar pasiyentin hüceyrələrindən 3D formatında ürək hazırlayıblar.

Axar.az xəbər verir ki, Təl-Əviv Universitetinin alimləri iddia edirlər ki, canlı hüceyrələrdən hazırlanmış bu ürək gələcəkdə xəstələrə də transplantasiya edilə bilər. Dovşan ürəyi ölçüsündə olan 3D formatında ürək insan üçün kiçikdir, onun ölçüsü cəmi 2,5 santimetrdir. Lakin canlılar üçün ən vacib olan bu orqanın bütün funksiyaları - ürək qapağı, damarların fəaliyyəti təmin olunub. Onun ən mühüm xüsusiyyəti isə pasiyentin bioloji materialından olmasıdır.

Tədqiqata rəhbərlik edən professor Tal Dvirin sözlərinə görə, bioloji materialdan hazırlanan bu ürək orqanizm tərəfindən rədd edilə bilməz. O əlavə edib ki, gələcəkdə insan ürəyi ölçüsündə orqan hazırlanması üçün milyardlarla hüceyrə tələb olunacaq.

İsrailli alimlər əvvəlcə bu ürəyi heyvanlara yerləşdirəcək və bundan sonra insan ürəyi hazırlamaq üçün həmin texnologiya və bioloji materialdan istifadə edəcəklər.

Tarix
2019.04.15 / 23:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla