Abbas Arakçı Azərbaycana gəldi
19:50
| Ana səhifə Planet |
|
Türkiyədə 1900-2017-ci illərdə baş verən və ən azı 6 bal gücündə olan 210 zəlzələ nəticəsində 86 min 802 nəfər həlak olub.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Təcili Yardım İdarəsi hesabat yayıb. Hesabatda 117 rayonda baş verən dağıdıcı zəlzələlər nəticəsində 597 min 865 mənzilə ciddi zərər dəydiyi bildirib.
Dağıdıcı zəlzələlərin Türkiyənin Muş, Təkirdağ, Tokat, Bolu, Ərzurum, Van və İzmit şəhərlərində baş verdiyi qeyd edilib.
Ən böyük insan tələfatı isə 1999-cü ildə İzmitin Gölcük bölgəsində baş verən 7.4 ballıq zəlzələdə qeydə alınınb. Belə ki, sözügedən zəlzələ nəticəsində 17 min 480 nəfər dünyasını dəyişib.
|
Tarix
2019.04.21 / 02:02
|
Müəllif
Büllurə Yunus
|