Yuxarı

Kadırovdan şok qərar: “Kim əlinə silah alsa, onun ailəsi…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kadırovdan şok qərar: “Kim əlinə silah alsa, onun ailəsi…”

"Axşam nazirlər, rayon başçıları və qazılar, rəislərlə müşavirə keçirdim. Məxsusi sərt, lakin ədalətli şərt qoydum. Əgər hər hansı bir rayondan bircə nəfər də əlinə qanunsuz silah alarsa və quldurların sırasına daxil olarsa, bu insanlar dərhal istefaya gedəcəklər".

Axar.az xəbər verir ki, bu sözləri Çeçenistan Prezidenti Ramzan Kadırov özünün İnstaqram səhifəsində Qroznıda baş verən mücahid hücumu ilə bağlı keçirdiyi müşavirə barədə məlumat verərkən yazıb. Onun sözlərinə görə, məsul şəxslər hər hansı fövqəladə hadisənin baş verməməsi üçün gecə-gündüz çalışmalıdırlar:

"Bu hadisələrin baş verməməsi üçün qoy gecə-gündüz işləsinlər. Çeçenistanda biz nəinki təkcə vəhhabilərin olmasına, hətta onların geyim və davranışlarının da təqlid edilməsinə yol verməyəcəyik. Mən rəsmən bildirirəm ki, valideynlərin oğul və qızlarının davranışlarına cavab vermədikləri dövr sona çatdı. Çeçenistanda cavab verəcəklər! Əgər ata oğlunun terror və vəhhabilik yolu seçdiyini görürsə, qoy onu hökumətə təhvil versin və ya o, qan tökülənədək övladını başqa yollarla durdursun. Biz 14 polis əməkdaşının ölümünü doğmalarımızın qətli kimi qəbul edirik. Bu qətlə yol verənlər və onun qarşısını almayanlar, kim olurlarsa olsunlar, amansızcasına cəzalanacaqlar. NATO təyyarələri və Qərbin hazırladığı döyüşçülərin Suriya və İraqda milyonlarla müsəlman qətllərini sakitcə izləyən hansısa şəxslərin, başqa sözlə, hüquq-mühafizə orqanlarının nə fikirləşdikləri mənim umurumda deyil. Əgər Çeçenistanda polis əməkdaşını və ya digər bir şəxsi kimsə qətlə yetirirsə, həmin silahlı şəxsin ailəsi dərhal bir daha qayıtmamaq şərtilə Çeçenistan sərhədlərindən çıxarılacaq, evi isə söküləcək. Polis əməkdaşına və ya digər bir şəxsə silah tuşlayan hər kəs bunu bilməlidir. Mən heç kimə qan tökməyə imkan verməyəcəm!"

Tarix
2014.12.05 / 23:49
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Dünya nizamı yoxdur, qaydasız nizamsızlıq var - Pol Qobl

Azərbaycandan 7600 ton yanacaq gəlir - Papoyan

Azərbaycanın bu qədər ərazisi nəzarətimizdədir - Simonyan

Rusiya bundan Azərbaycana təzyiq üçün istifadə edir

Sahil Babayevə müavin təyin edildi - Sərəncam

Azərbaycan benzinini satmaq istəməyənlər... - Paşinyan

Bakıda mühüm tədbir: İlham Əliyev çıxış etdi - Foto

Azərbaycandan yeni partiya: 80 dram ucuz... - Papoyan

Azərbaycanın xarici borcu... - Prezident

Prezident açıqladı: Ölkədə ilk dəfə bu sistem yaradılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla