Yuxarı

Donbasda separatçılara qarşı qiyam qalxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Donbasda separatçılara qarşı qiyam qalxdı

Donbasın separatçlar tərəfindən işğal olunmuş Qorlovka şəhərində yerli əhali qiyam qaldırıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının analitik-informasiya şöbəsinin rəhbəri Andrey Lısenko məlumat verib.

Onun sözlərinə görə, yerli əhali terrorçulardan şəhərdən rədd olub getmələrini tələb edib.

"Son bir sutka ərzində terrorçuların artilleriya atəşi nəticəsində Qorlovkada altı dinc sakin həlak olub, 3 nəfər yaralanıb. Bundan sonra şəhərdə kütləvi etiraz aksiyası keçirilib. Yerli əhali terrorçulardan şəhəri tərk etmələrini tələb edib. Separatçılar atəş açaraq aksiyanı dağıdıb", - Lısenko deyib.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının məlumatına görə, son bir neçə ay ərzində terrorçuların işğal etdikləri ərazilərdə tez-tez kütləvi etiraz aksiyaları keçirilir.

Tarix
2014.12.09 / 16:41
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Ermənistana 9 vaqon buğda və 1 vaqon propan göndərildi

Rusiyada həbs edilən Ruslan Məmmədovla bağlı maraqlı fakt

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla