Yuxarı

Putindən xanım jurnalistə: Sizi tatamidə gözləyirəm

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putindən xanım jurnalistə: Sizi tatamidə gözləyirəm

Rusiya Prezidenti Vladimir Putin və amerikalı xanım jurnalist arasında maraqlı və bir o qədər də gözlənilməz dialoq yaşanıb.

Axar.az xəbər verir ki, Sankt-Peterburqda baş tutan Beynəlxalq İqtisadi Forumda “Blumberq”in müxbiri Rosalind Mathison Putinə Tay boksu ilə məşğul olduğunu bildirib. Lakin o, prezidentlə rinqə çıxmağa cürət etmədiyini də əlavə edib.

Putinin isə xanım jurnalistə cavabı özünəməxsus olub.

Kreml rəhbəri onunla rinqə çıxmaq istəmədiyini vurğulayıb:

“Sizinlə boks rinqində qarşı-qarşıya gəlmək istəməzdim. Bunun səbəbi qadın olmağınız deyil. Hər kəsin öz sahəsində qalmalı olduğuna inandığım üçün bunu etməzdim. Həm də mən heç bir zaman boksla məşğul olmadım.

Lakin istəyirsinizsə, sizi tatamiyə dəvət edə bilərəm. Sizinlə orada çalışmağa hazıram. Lakin əmin olun ki, cüdoda sizinlə müqayisədə üstünlüklərim var”.

Tarix
2019.06.07 / 01:12
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Rüstəmxanlı: Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla