Yuxarı

Gürcüstanın ən nüfuzlu siyasətçisi – Yeni reytinq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanın ən nüfuzlu siyasətçisi – Yeni reytinq

Gürcüstan ictimaiyyətində ən nüfuzlu siyasətçilərin adı açıqlanıb.

Axar.az xəbər verir ki, bu nəticə Amerikanın Respublikaçılar İnstitutunun apardığı sorğudan sonra ortaya çıxıb. Məlumata görə, Gürcüstanın ən nüfuzlu siyasətçisi Avropa Gürcüstanı Partiyasının liderlərindən biri olan David Bakradze (59%) seçilib. Ondan sonrakı yeri isə hakim Gürcü Arzusu Partiyasının ən nüfuzlu nümayəndəsi Kaxa Kaladze (49%) tutub. Üçlüyü Vahid Milli Hərəkat Partiyasının sədri Qriqol Vaşadze (48%) tamamlayıb.

İlk onluqda həmçinin Respublikaçılar Partiyasının sədri David Usupaşvili (41%), Leyboristlər Partiyasının sədri Şalva Natelaşvili (41%), jurnalist Aleko Elisaşvili (40%), Daxili İşlər naziri Georgi Qaxariya (40%), Baş nazir Mamuka Baxtadze (38%), Prezident Salome Zurabişvili (36%), deputat Georgi Vaşadze (35%) və Bidzina İvanişvili (35%) yer alıb.

Təşkilat həmçinin partiyaların reytinqini də müəyyən edib. Belə ki, sorğuya əsasən, yenə də ölkədə ən çox dəstəklənən partiya Gürcü Arzusu (26%) olub. Ondan sonrakı yerdə Vahid Milli Hərəkat Partiyası (22%) dayanıb. Avropa Gürcüstanı Partiyası (7%), Vətənpərvərlər Alyansı Partiyası (5%), Leyboristlər Partiyası (5%), Vətəndaş Hərəkatı (2%), Vahid Gürcüstan Partiyası (2%) və digərləri sonrakı yerləri bölüşüb.

Gürcülərin 6%-i heç bir partiyanı dəstəkləmədiklərini, 22% isə hələlik qərar vermədiklərini deyiblər.

Tarix
2019.07.16 / 13:52
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

Türkiyədə Bakıya qarşı kampaniya - Nə baş verib?

Türkiyədə Azərbaycana qarşı kampaniya... - MM

Forumda sənədlər mübadilə edildi - Foto

Təhsil bir nömrəli prioritetdir - İlham Əliyev

Özünüz yoxlayın, saxta xəbərlərə etibar etməyin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla