Yuxarı

Tiraj 20, qiymət 100 dəfə qalxdı – Terakt qurbanı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiraj 20, qiymət 100 dəfə qalxdı – Terakt qurbanı

Fransız jurnalistlər "Şarli Hebdo" (Charlie Hebdo) jurnalının nəşrini davam etdirməsi üçün 500 min avro pul toplayıblar.

Axar.az xəbər verir ki, bu məbləği media qurumlarının birləşdiyi fondlar bağışlayıb.

Jurnalın növbəti sayının həftənin 3-cü günü satışa çıxarılacağı gözlənilir. Amma əvvəlki 60 mindən fərqli olaraq, indi jurnal bir milyon tirajla buraxılacaq. 8 səhifəlik qəzetin (həmişə 16 səhifə dərc edilib) hazırlanmasına "Kanal+" və "Monde" qəzetinin əməkdaşları yardım edir, "Liberation" qəzeti isə ofisini təmənnasız verib.

Bu arada isə məlum olub ki, ötən gün 60 min tirajla çıxan jurnalın satışda bircə nüsxəsi də qalmayıb. 29 nüsxə isə axşam saatlarında internet-hərracda peydə olub.

Satışda 5 avrodan baha olmayan jurnalın son sayının bir nüsxəsi internet-hərracda 5 min avroya satılıb. Bundan sonra daha 28 nüsxə də satışa çıxarılıb.

Xatırladaq ki, ötən gün "Şarli Hebdo" jurnalının redaksiyasına hücum edən silahlılar baş redaktor və 2 polis də daxil olmaqla, 12 nəfəri qətlə yetirib, 11 nəfər yaralanıb.

Fransada 3 günlük matəm elan edilib.

Tarix
2015.01.08 / 21:13
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla