Yuxarı

“Nyu York Tayms”dan Qırğızıstana hörmətsizlik

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nyu York Tayms”dan Qırğızıstana hörmətsizlik

"Nyu York Tayms" ("New York Times") qəzetinin müxbiri Con Branş alpinist Tommi Calduelin 2000-ci ildə Pamirdə oğurlanması barədə yazarkən nəzərdə tutduğu Qırğızıstanın adını Qırzbəkistan (ingilis dilində - "Kyrzbekistan") kimi göstərib.

Report xəbər verir ki, yanvarın 7-də dərc olunmuş məqalədəki səhvi tutan həm başqa nəşrlərin jurnalistləri həm də ki, oxucular dostyana iradlarını bildiriblər.

"23 il əvvəl Sovet İttifaqının dağılması bir neçə yeni ölkənin yaranması ilə nəticələndi. Onlardan bir çoxunun adı "stan"la bitir. Məsələ kifayət qədər mürəkkəbdir və buna görə də bu kimi səhvlər olur", - "Vaşinqton Post" qəzeti səhvlə bağlı istezalı şərhində bildirib.

Nəticə olaraq qəzetin onlayn versiyasında çıxan məqalədəki səhv düzəldilib.

"Məqalənin əvvəlki variantında Tommi Caldueli oğurluyanları təqib edən qoşunların mənsub olduğu ölkənin adı düzgün göstərilməyib. Bu mövcud olmayan Qırzbəkistan yox Qırğızıstandır", - üzr istəyərkən səhvi düzəldən jurnalistlər bildiriblər.

Lakin düzəlişlər edilərkən uydurma dövlət internet məkanında artıq məşhurlaşıb və onunla bağlı çoxsaylı şərhlər yayılmağa başlayıb.

Olaydan sonra Tvitterdə #Kyrzbekistan həştəqilə minlərlə mesajlar paylaşılıb. Ölkənin ingilisdilli @kyrzbekistan hesabı yaradılıb.

Bloqçulardan biri Qırzbəkistanın sürətlə "ən populyar və çox müzakirə olunan" ölkəyə çevrildiyini yazıb.

"Belə ölkə yoxdu? Qırzbəkistanlılar bundan çox məyus ola bilərlər", - daha bir Tvitter postunda deyilir.

İnternetdə Qırzbəkistan saytları yaradılıb və bu ölkəyə baş çəkmək istəyənlərə səyahətlə bağlı məsləhətlər təklif edilir.

Con Branş isə Tvitterdəki müzakirələrə yarızarafat münasibət bildirərkən bu yaxınlarda Qırzbəkistanda olacağını yazıb.

Bəzi bloqçular ümid edir ki, internet müzakirələri Mərkəzi Asiya ölkələrinə marağı artıraraq adamları Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Tacikistana baş çəkməyə həvəsləndirə bilər.

Tarix
2015.01.11 / 19:17
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

Rüstəmxanlıdan gənclərə: Bu cür yaşayın!

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni separatçılarının məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla