Yuxarı

Trampdan 3 ştatla bağlı - Xəbərdarlıq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampdan 3 ştatla bağlı - Xəbərdarlıq

ABŞ Prezidenti Donald Tramp Corciya, Cənubi və Şimali Karolina ştatlarının sakinlərinə şiddətli “Dorian” qasırğasının mümkün zərbəsi barədə xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, Donald Tramp Tvitter səhifəsində əhalini ehtiyatlı olmağa çağıraraq yazıb:

“Deyəsən, bizim gözəl Cənubi Karolina ştatımız güman etdiyimizdən daha güclü zərbəyə məruz qalacaq. Bu, eynilə Corciya, Şimali Karolina ştatlarına da aiddir”.

Prezident qeyd edib ki, irəliləyən qasırğanın istiqamətini qabaqcadan söyləmək çox çətindir. Yalnız onu təsdiqləmək olar ki, “Dorian” son bir necə ildə baş vermiş ən böyük və ciddi qasırğalardan biridir.

Bir müddət əvvəl qasırğanın Florida ştatına tərəf irəlilədiyi bildirilib. Ştatın qubernatoru Ron Desantis əhalini bir həftəlik ərzaq, su və dərman ehtiyatı görməyə çağırıb. O, həmçinin yerli sakinlərin mümkün təxliyəyə hazır olmalarını da xahiş edib.

Son məlumata əsasən, dördüncü təhlükə səviyyəsinə yüksələn qasırğanın mərkəzində küləyin sürəti saatda 130 milə (209 kilometr) çatır. Təbii fəlakətin sentyabrın 1-də Baham adalarına, növbəti gün isə Florida ştatına yetişəcəyi gözlənilir.

Tarix
2019.08.31 / 20:26
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

İlham Əliyev Pezeşkiana təşəkkür etdi

Bakıdakı “yəhudi”nin qurbanları - Sensasion adlar

Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyinə qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla