Yuxarı

“Quql Transleyt”dən inqilabi yenilik

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Quql Transleyt”dən inqilabi yenilik

Bundan sonra "Quql Transleyt"də (Google Translate) nitqin sinxron tərcüməsi də mümkün olacaq.

Axar.az xəbər verir ki, "Quql Transleyt" əlavəsinin "Android" mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün növbəti yenilənməsinə populyar dillərin real vaxt rejimində avtomatik tanınması və nitqin mətnli tərcüməsi funksiyası əlavə ediləcək.

"Quql" şirkətinin avtomatik tərcümə əlavəsi artıq səslə və ya smartfonun klaviaturasından daxil edilən çoxlu dillərlə işləyir. "Quql Transleyt" üçün yenilənmə isə şifahi nitqi avtomatik tanımağa imkan verir. Bu isə o deməkdir ki, istifadəçinin əl ilə dil seçməsinə ehtiyac qalmır.

Bundan başqa, "Quql" telefon kamerasını küçədə xarici dildə yazılan yol nişanına tərəf yönəldərək ekranda avtomatik tərcüməni almağa imkan verən funksiya üzərində iş aparır. Oxşar funksionallığa smartfonun kamerası vasitəsilə real vaxt rejimində mətnin tərcüməsini dəstəkləyən "Word Lens" əlavəsi malikdir.

Yenilənmənin nə vaxt tətbiqə buraxılacağı barədə məlumat verilmir.

Tarix
2015.01.14 / 18:40
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla