Yuxarı

Terakta uğrayan “Şarli Hebdo” 5 milyon tirajla çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Terakta uğrayan “Şarli Hebdo” 5 milyon tirajla çıxdı

Terror aktından sonra Fransanın "Şarli Hebdo" həftəlik satirik jurnalının ilk nömrəsi bu gün işıq üzü görüb.

Axar.az "Frans Press" agentliyinə istinadən xəbər verir ki, nəşrə olan tələbatı nəzərə alaraq bu nömrənin tirajını 5 milyon nüsxəyədək artırmaq qərara alınmışdı.

Qeyd edək ki, daha əvvəl jurnalın 3 milyon nüsxə tirajla çıxacağı bildirilmişdi. Bu isə Fransa mətbuatı üçün görünməmiş bir rəqəmdir. İnsanlar əvvəlcədən qəzet köşklərində bu nömrəni saxlatdırıblar, lakin hazırda əksər yerlərdə qəzet satılıb qurtarıb. Satıcılar sabah və ya birisi gün qəzetin yenidən satışda ola biləcəyini bildirirlər. BFM telekanalının məlumatına görə, bu gün səhər saatlarında 700 min nüsxə satılıb.

Artıq "sağ qalanların nömrəsi" adını alan buraxılış kənar jurnalistlər cəlb edilmədən jurnalın sağ qalan əməkdaşları tərəfindən hazırlanıb. Jurnalın üz qabığında Məhəmməd peyğəmbərin karikaturası yer alıb.
Məhəmməd peyğəmbər kədərli, ağ libasda təsvir edilib. O, əlində "Je suis Charlie" ("Mən Şarliyəm") şüarı yazılmış lövhə tutub. Peyğəmbərin başı üzərində "Tout est pardonne" ("Hamı bağışlanıb") yazısı yerləşdirilib.
Jurnalın nömrəsi bir neçə dilə tərcümə edilib.

Qeyd edək ki, terakta qədər nəşr tirajı 60 min nüsxə ilə dərc edilirdi, qiyməti maksimum 5 avro olmaqla 30 minə qədəri satılırdı.

Tarix
2015.01.14 / 21:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla