Yuxarı

ABŞ-ın media nəhəngi müsəlmanları təhqir etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın media nəhəngi müsəlmanları təhqir etdi

Amerikalı media rəhbəri Rupert Murdok müsəlmanları alçaldan təhrikedici çıxışını "Foks Nyus" saytında dərc etdirib.

Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-lı media rəhbəri islam peyğəmbərini təhqir edən jurnala edilən hücumu bəhanə gətirərək müsəlmanlara qarşı sərt sözlər işlədib.

Çıxışı dərc edən "Foks Nyus" saytı müsəlman dünyasını terror qaynağı olaraq xarakterizə edib. Mütamadi olaraq müsəlmanlara qarşı alçaldıcı yazılar dərc edən "Foks Nyus" saytının rəhbəri Murdok "Müsəlmanların bir çoxu sülhsevər ola bilər. Ancaq onlar içlərində böyüyən "xərçəng"in fərqinə varıb onu ortadan qaldırana qədər hamısı bu işdə məsuldur", – deyə yazıb.

Bundan əlavə dərc olunan yazıda Fransadakı müsəlman məhəllələri terrorçular üçün qaynağ olaraq göstərilib. Bu məhəllələrdə fransız mədəni qanunlarının işləmədiyi, İslam hüququnun hökm sürdüyü iddia edilib.

Sakinləri müsəlman olan bölgələri terror yuvası adlandıran Rupert Murdok polislərin bu məhəllələrə xüsusi əməliyyat dəstəsi olmadan girə bilmədiyini qeyd edib.

Daha sonra media rəhbəri müsəlmanların assimliyasiya edilməməsini Fransada yaranan problemlərin əsas səbəbi kimi göstərib.

Qeyd edək ki, "Foks Nyus" saytının müsəlmanları alçaldan nəşrlərinə dünyanın hər tərəfindən sərt reaksiyalar gəlməkdə davam edir.

Tarix
2015.01.15 / 13:57
Müəllif
Natiq Azəri
Digər xəbərlər

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla