Yuxarı

Qarabağ separatçısı Paşinyanı ölümlə hədələdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağ separatçısı Paşinyanı ölümlə hədələdi

Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma rejimin “Milli Təhlükəsizlik Şurasının” keçmiş katibi Vitali Balasanyan Ermənistanın Baş naziri Nikol Paşinyanı və Sasna Çrer terrorçularını fiziki məhv etməklə hədələyib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, V.Balasanyan Paşinyanı hakimiyyətə Qərbdəki “məşhur mərkəzlər”in gətidiyini bildirib.

“Elə onlar da Paşinyanı idarə edir və nə etməli olduğu barədə göstərişlər verirlər”, - deyə V.Balasanyan qeyd edib

Balasanyan 2016-cı ildə İrəvanda post-patrul polisi alayının binasının Sasna Çrer terrorçuları tərəfindən ələ keçirilməsini xatırladıb. Onun sözlərinə görə, Paşinyan binanın ələ keçirilməsindən sonra başlayan etirazları idarə etməyə cəhd göstərib.

O, Paşinyanın bu yaxınlarda Sasna Çrer partiyasının liderləri Qaregin Çuqaszyanla və Jirayr Səfilyanla baş nazirin iqamətgahında görüşdüyünü bildirib. Söyləyib ki, bu görüş başqa cür düşünənlərə qarşı təzyiq cəhdidir.

“Nikol Paşinyan hamını, o cümlədən, məni qorxutmağa çalışır. O, özünün döyüşkən qanadının olduğunu mesaj verir. Demək istəyir ki, bir barmağının işarəsi ilə bizimlə fiziki haqq-hesab çəkərlər”, - deyə V.Balasanyan əlavə edib.

Qarabağ separatçısı Paşinyana və Sasna Çrerə xəbərdarlıq edib ki, belə söhbətlərə girişməsinlər, əks təqdirdə onlara cavab veriləcək:

“Paşinyan və onun tərəfdarları qorxaqdırlar. Biz 2016-cı ildə o terrorçuları bağışladıq, öldürmədik. Ancaq indi bəyan edirəm ki, mənə, xalqımıza, dövlətimizə qarşı təxribat həyata keçirməyə cəhd göstərsələr, hamısını fiziki olaraq məhv edəcəyik”.

Tarix
2019.10.09 / 15:39
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır

Prezident Davosda mühüm tədbirdə iştirak edir - Canlı

Bayramov NATO Baş katibinin müavini ilə görüşdü - Foto

Qrenlandiya məsələsi çözüldü - Tramp buna nail oldu

Moskvadakı səfirimiz Rusiya MN-ə getdi

Bakı regionun enerji təhlükəsizliyini təmin edən aktordur

Dugin Bakını hədələdi, cavabsız qaldı - Ekspert

Azərbaycan Sülh Şurasında təsisçi dövlət olur: Nə qazanacaq?

İlham Əliyev Rassel Hardi ilə görüşdü

Naxçıvan dəmir yolu xəttinin bərpasına dəstəyə hazırıq - Kos

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla