Yuxarı

“Qardian” prezidenti topa tutdu: “Kral Abdullahın feministliyi...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qardian” prezidenti topa tutdu: “Kral Abdullahın feministliyi...”

İngiltərənin "Qardian" qəzeti Bəynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristina Laqardın Kral Abdullahın qadın haqlarını qoruması ilə bağlı söylədiyi fikirləri sərt tənqid edib.

Axar.az xəbər veri ki, qəzet BVF prezidentinin mərhum kralı müdafiə etməsinin arxasında şəxsi maraqları olduğunu bildirib. "Qardian" qəzetinin "Kral Abdullah feminist idi? Bizi güldürməyin" başlıqlı məqaləsində bu fikirlər yer alıb:

"Kristina Laqard BVF-nin ilk qadın prezidenti olaraq Kral Abdullahı qadın haqlarının böyük müdafiəçisi adlandırıb. Kral Abdullah elə bir ölkəyə başçılıq edirdi ki, həmin ölkədə qadın haqları fəalları həmişə təzyiqlərə məruz qalıb. Ərəbistanlı qadınlar üçün tətbiq edilən məhdudiyyətlərin sayı-hesabı yoxdur. Hazırda 2 qadın sürücülük ittihamı ilə həbsdədir. Məsələ sadəcə sürücülük ilə də məhdudlaşmır. Xanım Laqardın bu kimi sözləri dünyanın ən böyük neft istehsalçısı və Qərbin Yaxın Şərqdəki başlıca müttəfiqi olan Ərəbistanı incitməmək üçün söylənilir".

Qeyd edək ki, ötən gün BVF prezidenti Kristina Laqard mərhum Səudiyyə Kralı Abdullah bin Abduləzizin qadın haqlarının müdafiəçisi olduğunu söyləyib.

Tarix
2015.01.25 / 14:30
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla