Yuxarı

Putin Dünya müharibəsinin qarşısını aldı - KİV

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Dünya müharibəsinin qarşısını aldı - KİV

Prezident Vladimir Putinin bir dövlət xadimi kimi başlıca nailiyyəti odur ki, təhlükələr, sanksiyalar, təxribatlar qarşılığında və Qərb ölkələrinin hərbi hazırlığı genişləndirdiyi şəraitdə onlara silahla cavab verməyə qadir olsa da, Üçüncü Dünya müharibəsinin qarşısını aldı.

Axar.az xəbər verir ki, bu fikirləri Kubanın "Qranma" nəşri yayıb və Rusiya mediası da dərhal tirajlayıb.

Putini siyasi və hərbi strateq kimi qeyri-adi keyfiyyətlərə malik şəxs kimi xarakterizə edən yazıda Rusiya prezidentinin "yeni müharibələrə həris olan" NATO-nun hərb alovunu söndürdüyü bildirilib. Xüsusi olaraq vurğulanıb ki, bununla yanaşı, rus lider ölkənin hərbi potensialını yeni silah növləri və hərbi texnika ilə gücləndirə bilib: "Həm də bütün bunaları sanksiyalar, neftin aşağı qiymətləri və iqtisadi xarakterli digər çətinliklər şəraitində etdi".

Yazıda Rusiyanın son aylar nüfuzunu artırdığı da iddia edilib.

Xatırladaq ki, Putin bütün münasibətləri hərblə həll etməyə meyilli lider sayılır. Ukraynada qardaş qırğınına səbəb olan müharibənin arxasında və bu ölkənin 20 faiz ərazisinin qan çanağına dönməsində Putin günahlandırılır.

Tarix
2015.01.26 / 01:44
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

İlham Əliyev Yuşenko ilə görüşdü

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla