Yuxarı

Moskvada yanğın: BMT-nin nadir materialları kül oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskvada yanğın: BMT-nin nadir materialları kül oldu

Moskvada İctimai Elmlər üzrə Elmi İnformasiyalar İnstitutunun (İEEİİ) kitabxanasındakı yanğında BMT-nin nadir kitablar kolleksiyası yanıb.

Axar.az xəbər verir ki, bu barədə institutun direktor müavini Dmitri Yefremenko məlumat verib.

Xatırladaq ki, kitabxanada yangın cümə günü gecədən xeyli keçmiş baş verib. Yanğının söndürülməsi 12 saat davam edib. Yanğının əhatə etdiyi sahə 2000 kvadrat metrə yaxındır, 1000 kvadrat metrlik dam örtüyü məhv olub, binanın xarici divarları da yanıb.

Binanın tam yanmış hissəsində elmi bölmə yerləşirdi. Burada bir neçə oxu zalı, o cümlədən BMT-nin nadir kitablar kolleksiyası vardı. Bu materiallar bərpa olunmaz dərəcədə yanıb külə dönüb.

Qeyd edək ki, İEEİİ – Rusiyanın sosial və humanitar elmlər sahəsindəki ən iri elmi informasiya mərkəzidir. Onun kitabxanasında 14,2 milyon nüsxə qədim və müasir Şərq, Avropa və rus dillərində nadir yazılı nümunələr qorunur. Kitabxanada Millətlər Liqasının, BMT və UNESCO-nun sənədlər toplusu, ABŞ-ın (1789-cu ildən), İngiltərənin (1803-cü ildən) və İtaliyanın (1897-ci ildən) parlament hesabatları saxlanılır.

Tarix
2015.02.01 / 23:48
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla